Accessibility links

ABŞ-da həftə sonu atışmalar- Ölənlər arasında uşaqlar da olub


Keçən həftə sonu baş verən silahlı qarşıdurma Müstəqillik Gününü qeyd edən və ya sadəcə istirahətdən zövq alan onlarla amerikalının ölümünə və yaralanmasına səbəb olub.

Polisin rəqib cinayətkar qruplar arasındakı olduğunu guman etdiyi atışma zamanı 17 nəfər ölüb, 70 nəfər yaralanıb.

Ölənlər arasında nənəsinin evinin qarşısında oynayan 14 yaşlı bir oğlan və 7 yaşlı bir qız başlarından vurulub. Polis yaralılar arasında 11 uşağın da olduğunu bildirib.

Çikaqo həftə sonu uşaqların həyatını itirdiyi yeganə ABŞ şəhəri deyil. Digər qurbanlar; San-Fransiskoda 6 yaşlı bir oğlan, Filadelfiyada 6 yaşlı bir oğlan, Missuri ştatının Kolumbiya şəhərində 11 yaşlı bir qız, Atlantada 8 yaşlı bir qız, Alabama ştatının Huver şəhərində 8 yaşlı bir oğlan.

Atlanta şəhərində silahlı insidentdentdən sonra iyunun 12-də qaradərili bir şəxs polis nəzarətinə alınarkən ölüb. Hadisə Reyşard Bruksu Wendy restoranının yaxınlığında baş verib. Daha sonra`fast foof` restoranı yandırılıb və həmin ərazi polis vəhşiliyinə qarşı nümayişlərin keçirildiyi məkana çevrilib.

Polis atəş edildiyi zaman öldürülən qızın anasının şənbə günü avtomobillə barrikadalar yerləşdirilmiş ərazini qanunsuz keçməyə çalışdığını deyib.

"Bir uşaq güllələdiniz. Və bir nəfər deyil, azı iki nəfər atırdı" - deyə, Atlanta şəhərinin meri Keyşa Lens Bottoms bildirib.

Ölkənin paytaxtında isə polis 11 yaşlı Deyvon Maknealı öldürənləri axtarır. Yaxşı furbol oynadığına görə mükafatlara layıq görülən Deyvon Makneal iyulun 4-ü, Müstəqillik Günü Milli Molda atəşfəşanlıq başlayan zaman küçədə öldürülüb.

Polis Maknealın anası Kristalın məhəllədəki düşmən dəstələri arasında danışıqlar yolu ilə barışığa vasitəçilik etməsi ilə tanındığını bildirib. Lakin oğlunun öldürülməsinin bununla əlaqəsi olub-olmadığı məlum deyil.

Çikaqo şəhərinin meri Lori Laytfud bazar ertəsi yaralanan və öldürülən 13 uşağı "uşaqlarımız" adlandırıb. "Uşaqlarımız deyirəm, çünki bu itkiləri hamımızın hiss etməsini istəyirəm. Mənim üçün bu, belədir" - deyə, o bildirib.

Bazar ertəsi polis həftə sonu atışmaları zamanı neçə nəfər şübhəlinin həbs edildiyini bilmədiyini deyib.

Çikaqo polisinin bildirdiyinə görə, 7 yaşlı Nataliya Uollesin nənəsinin evinin qarşısında öldürülməsində şübhəli bilinən bir nəfər nəzarətə alınıb.

Natalyanın atası polisə maşından çıxan 3 nəfərin yaxınlıqdakı bir qrup insana atəş açdığı zaman qızının səkidə olduğunu deyib.

Polis rəisi David Broun deyib ki, problem ədliyyə sisteminin cinayətkarları dəmir barmaqlıqlar arxasında saxlaya bilməməsindədir. O, həbsxanalardan azad edilən cinayətkar dəstə üzvlərinin şahidləri qorxutduqlarını da deyib.

Şərhlərə bax

XS
SM
MD
LG