Accessibility links

ABŞ-da Omikron variantının artacağı gözlənilir


Omikron variantı dünya boyu başlıqlarda ən yeni koronavirus ştammı kimi yer alıb. Çərşənbə axşamı Cons Hopkins Universiteti ABŞ-da 200 minə yaxın yeni koronavirus halının qeydə alındığını bildirib. Birləşmiş Ştatların yüksək səviyyəli səhiyyə rəsmiləri peyvənd nisbətləri artsa və variantın ilk aşkar edildiyi ölkələrdən gələn səyahətçilərin ABŞ-a daxil olmasına qadağa qoyulsa belə insanları ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, Delta variantı ABŞ-da ardıcıllıqla qeydə alınan müsbət halların 99%-ni təşkil edir.

Valenski və Ağ Evin COVID-19-a nəzarət komandasının digər üzvləri ilk dəfə noyabrın 24-də Cənubi Afrikada aşkar edilən Omikron variantı haqqında daha çox məlumat əldə edilməsi üçün ictimaiyyətin səbirli olmasını istəyib.

ABŞ-ın 19 ştatında Omikron infeksiyası barədə məlumat verilib. Lakin 2020-ci ilin yanvarında ilk COVID-19 yoluxmasının Vaşinqton ştatında aşkar edilməsindən baş qaldıran pandemiya ilə mübarizənin davam etdiyi bir vaxt Omikron variantının artacağı gözlənilir.

"Biz hazırda Delta-nın dəyişən hallarının təsirini aradan qaldırmaq və özümüzü Omikron varlantı ehtimalına hazırlamaq üçün birlikdə hərəkət etməliyik" - deyə, Valenski bildirib.

Ağ Evin səhiyyə üzrə baş məsləhətçisi Antoni Fauçinin dediyinə görə, hələ də bu variantın ötürülməsi, gücü və immun sisteminə reaksiyalarından yayınma qabiliyyəti ilə bağlı bir neçə əsas sual cavabsız qalıb. Lakin o, erkən məlumatların ümidverici olduğunu deyib.

Delta-nı üstələyən Omikron-un variantının aşkar edildiyi Cənubi Afrikadan gələn ilkin dəlillər bu varıanta tutulanların xəstəxanada qalma müddətinin daha qısa olduğunu və ventilyatorlara ehtiyacın azaldığını göstərib.

"Xəstəliyin gücünü dəqiq təyin etmək hələ tezdir. Lakin müşahidələrdən xəstəliyin çox ciddi olduğunu görməmişik. Əslində bunun daha yüngül ola biləcəyini düşünürəm" - deyə, Fauçi bildirib.

Fauci bir çox COVID-19 variantlarının artan ötürülmə qabiliyyətini nümayiş etdirdiyini, qaynar nöqtələrin tez-tez əhalinin daha böyük hissəsini əhatə etdiyi bir pandemiyanın qarşılıqlı əlaqəsini vurğulayıb.

Doktor Fauçi eyni zamanda Omikronun Delta variantından daha yoluxucu oluğunu vurğulayıb.

XS
SM
MD
LG