Birləşmiş Ştatlarda koronavirusa yoluxma hallarının sürətlə yayıldığı vaxtlarda ölkədəki şagirdlər infeksiyaların qarşısını almaq üçün gözlənilməyən dəyişikliklərin öhdəsindən gəlmək məcburiyyətində qalıb.
COVID-19-un omikron variantına yoluxanların sayı gündə 400 mini keçir ki, bu, bir həftə əvvəlkindən iki dəfə və iki həftə əvvəlkindən üç dəfə çoxdur.
Bu, məktəb rəsmilərini Milad və Yeni il qış tətilindən sonra tələbələri siniflərə qaytarmaq planlarını yenidən nəzərdən keçirməyə vadar edib.
Los-Ancelesdəki məktəblər yanvarın 11-dək açılmayacaq və məktəb ərazilərinə daxil olmağa icazə verilməsi üçün şagirdlərdən mənfi COVID-19 testini təqdim etməsi istənilir.
Dərslərin çərşənbə günü bərpa olunacağı Vaşinqton şəhərinin məktəbləri də şagirdlərdən mənfi test nəticələrinin təqdim etməsini istəyir.
Çikaqo və Siyetlın məktəb sistemləri şagirdlərinə tətildən qayıtmazdan əvvəl testdən keçmələrini tələb deyil, tövsiyə edir.
İnfeksiyaların artması səbəbindən əyani dərslərin keçirilməsi üçün bir çox məktəblər müəllim və işçi çatışmazlığı problemi ilə qarşılaşır.
Bu çatışmazlıqlar səbəbindən və yeni yoluxma dalğasının qarşısını almaq məqsədi ilə Milvoki, Klivlend, Detroyt və Filadelfiyadakı məktəblər dərslərin bir hissəsini və ya hamısını yenidən online sisteminə keçirməyə məcbur olub.