Amerikalılara koronavirusa qarşı peyvəndlər dayandırılıb.
Dekabrın əvvəlində prezident Donald Trampın vəzifəsindən gedən administrasiyası ilin sonuna qədər 20 milyon insana peyvənd vurulmasını proqnozlaşdırmışdı.
Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) bildirdiyinə görə, çərşənbə gününə qədər ölkə boyu 12.4 milyon dozada peyvənd paylanıb. Agentlik 2,6 milyon insana peyvənd vurulduğunu və gecikmələr ola biləcəyini deyib.
Tramp son həftələr bu mövzuda az danışır və əsasən diqqəti seçkilərdə aldadıldığına dair dəstəklənməyən iddialara yönəldir. “Federal hökümət peyvəndləri ştatlara paylayıb. İndi ştatlara hərəkət etmək qalır. Tərpənin!” - deyə, o, tvitter səhifəsində peyvəndlərin yavaş vurulmasına toxunub.
Peyvəndlərin əldə edilməsi maliyyə fondlarının çatışmazlığı da daxil olmaqla, bir sıra problemlər mövcuddur. Hər bir ştat kimə öncəlik veriləcəyinə özü qərar verir. Baxmayaraq ki, tibb işçiləri və qocalara sırada birinci yeri tutur.
Viskonsin ştatının səhiyyə işçiləri ştatın ən böyük şəhəri Milvoki yaxınlığındakı bir xəstəxana işçinin hərəkətindən şok olduqlarını ifadə edib. Adı açıqlanmayan bir əczaçı 500 dozadan çox koronavirus peyvəndini aptek soyuducusundan qəsdən çıxardığını etiraf edib. Həmin şəxs cümə axşamı həbs edilib.
Xəstəxana işçiləri əczacının peyvəndlərə müdaxilə etdiyini dərk etməzdən əvvəl insanlara qarşı xarab dozaları tətbiq edib. Rəsmilər xarab olmuş peyvəndlər vurulan 57 nəfərə xəbərdarlıq edildiyini bildirib. Lakin Viskonsin ştatının Qrafton xəstəxanasının xarab peyvəndlər qəbul edənlərlə nə edəcəyi məlum deyil.
Xəstəxana rəsmiləri peyvənd istehsalçısı Moderna ilə məsləhətləşdiklərini və xarab peyvəndlər alan insanların faydasız peyvəndlərdən zərər görməyəcəyinə əmin olduqlarını bildirib.