ABŞ-da peyvənd nisbətləri azaldıqca, ştatlar insanların COVID peyvəndlərinə təşviq etmək və peyvəndlə bağlı tərəddüdlərin aradan qaldırılması yollarını axtarır.
COVID peyvəndi edilməsi üçün bir milyon dollar?
Buna inanmaq çətin olsa da, belə görünür Amerikanın bəzi ştatlarının yerli hökumətləri insanları peyvəndə təşviq etmək üçün demək olar ki, hər şey etməyə hazırdır.
Ohayo ştatının valisi Mayk Devayn bu yaxınlarda iyun və iyul ayının əvvəlində peyvənd edən təsadüfi seçilmiş beş nəfərə bir milyon dollar pul mükafatı veriləcəyini elan edib. “Həmvətənlərim, bunu edək! Bura Ohayodur, gəlin işimizi bitək, hamıya peyvənd edək! Çünki biz ohayoluyuq, güclüyük və bu işi bitirəcəyik!”
Ohayo rəsmiləri hər çərşənbə günü həftəlik lotereyanın şanslı qalibini elan edəcək. Pul mükafatı federal fondlardan gəlir.
Hökumət yeniyetmələri də peyvəndə təşviq edir. Həmin şanslı uşaqlardan biri dörd il təqaüd almaqla, istədiyi universitetdə qəbul olunacaq, otaq, yemək haqqı və kitablar da daxil olmaqla, təhsil haqqı tam ödəniləcək.
Lakin bu kimi təşviqləri bəyənməyənlər də var. Twitter istifadəçiləri qubernatorun bu addımlarını geniş şəkildə tənqid edir. Tənqidçilərinə cavab verən qubernator Devayn peyvənddən imtinanın məsuliyyətsiz bir hərəkət olduğunu deyib.
Hazırda Ohayo əhalisinin 40%-ə yaxını peyvəndin tam dozasını alıb. Qalanları isə ya qərarsızdır, ya da heç peyvənd etmək istəmir.
May ayının əvvəlindən bəri ABŞ-da peyvənd nisbətləri azalır və peyvənd təklif edən tibb mərkəzləri xəstələrin azlması səbəbindən bağlanır.
Səhiyyə üzrə mütəxəssislər həyatın normal vəziyyətə qayıtması üçün
hələ on milyonlarla amerikalının petvənd olunması lazım olduğunu deyirlər. Onlar pul, lotoreya biletləri, hətta pulsuz bir stəkan pivə kimi təşviqlərin insanları həvəsləndirməyə kömək edə biləcəyini, lakin insanların peyvəndlə bağlı məlumatlılığın artırılmasının vacib olduğunu deyirlər.