Accessibility links

CDC: ABŞ əhalisinin 61%-nə COVID-ə qarşı peyvəndin azı bir dozası vurulub


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) cümə axşamı ABŞ-da 364 842 701 dozada COVID-20 peyvəndi tətbiq edildiyini, 202 500 853 nəfərə azı bir doza vurulduğunu və 171 773 370 insanın tam peyvənd olunduğunu bildirib.

Məlumatlarda deyilib ki, əhalinin 61%-i peyvəndin azı bir dozasını, 51.7% -i tam dozasını alıb. Bu isə o deməkdir ki, 12 və daha yuxarı yaşlarda olan ABŞ sakinlərinin 71,3% -nə azı bir doza, 60,5% -nə isə tam doza vurulub. 18 və daha yuxarı yaşlardakı insanların 73.4% -nə bir doza, 62.7% -nə isə peyvəndin tam doza tətbiq edilib.

ABŞ-ın 65 yaşdan yuxarı sakinləri isə ən çox peyvənd edilənlərdir. Belə ki, onların 91.6%-nə peyvəndin bir, 81.3% -nə isə tam dozası vurulub. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ümumilikdə ölkə boyu 430 118 615 dozada COVID peyvəndi paylanıb.

ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) Pfizer şirkətinin COVID-19-a qarşı peyvəndini tam təsdiq edib.

"İctimaiyyət Ərzaq və Dərman İdarəsinin bu peyvəndin təsdiq edilməsi üçün tələb etdiyi yüksək təhlükəsizlik effektivliyi və istehsal keyfiyyətinə cavab verdiyinə əmin ola bilər" - deyə, FDA komissarı vəzifəsini icra edən Canet Vudkok bazar ertəsi verdiyi açıqlamasında bildirib.

Pfizer-BioTech tərəfindən istehsal olunan peyvənd keçən ilin dekabr ayında təcili istifadə üçün təsdiq edilib.

Bu peyvənd ABŞ-da 200 milyondan çox, dünyada isə 100 milyonlarla dozada tətbiq edilib.

ABŞ-ın Johnson&Johnson əczaçılıq şirkətinin çərşənbə günü bildirdiyinə görə, keçirdiyi klinik sınaqların nəticələri şirkətin COVID-19 peyvəndinin ikinci dozasının orijinal tək dozadan doqquz dəfə yüksək antitel reaksiyası verdiyini göstərib.

Şirkət açıqlamasında bundan əvvəl tək dozada peyvənd edilmiş şəxslər üzərində iki 1/2a fazalı sınaqlar apardığını bildirib. Bu araşdırmaların ilkin nəticələri göstərir ki, vaksinin gücləndirici (buster) dozası "virusa yapışan və onu neytrallaşdıran antitellərdə kəskin və güclü artıma səbəb olub."

XS
SM
MD
LG