Accessibility links

ABŞ-da COVID-dən ölən insanların xatirəsi 600 000-dən çox ağ bayraqla anılıb


ABŞ-da COVID-dən ölən insanların xatirəsi 600 000-dən çox ağ bayraqla anılıb
please wait

No media source currently available

0:00 0:03:14 0:00

COVID-19 1918-19-cu illərdəki İspan qripi pandemiyasından daha çox amerikalının ölümünə səbəb olub. Suzan Brennan adlı bir rəssam həyatını itirilmiş 700 mindən çox insanın unudulmayacağından əmindir. "Günün ən çətin məqamı bu rəqəmləri dəyişdirməkdir" deyir Suzan.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi dünyada COVID-19-dan ölənlərin sayını izləyir. ABŞ-da bu rəqəm artmaqda davam edir.

Meriland ştatından rəssam Suzan Brennan Firstenberq yalnız rəqəmləri dəyişdirməklə kifayətlənmir, o, Vaşinqtondakı National Mall milli parkında 20 hektarlıq bir sahədəki anım memorialı ilə fikirləri dəyişəcəyinə ümid edir. "Buradakı anım memorialının fiziki təzahürü bəlkə də hələ peyvənd etmək istəməyənlər və ya maska taxmağın vacib olduğunu anlamayanların şüuruna təsir edəcək."

Firstenberq və yerli yaşıllaşdırma şirkətlərinin könüllüləri üç gün ərzində Vaşinqton abidəsi yaxınlığındakı sahəyə 600 000-dən çox ağ bayraq basdırıb. "25 ildir könüllü olaraq hospisdə çalışmışam və ABŞ-da COVID-dən ölən hər bir insanın ləyaqətinin geri qaytarılmasına yardım etmək istəyirəm" - deyə, Suzan Brennan bildirir.

Karonda Conson Delaver ştatının Dover şəhərindən olan mərhum atası, təqaüdçü çavuş Kevin Teylorun şərəfinə mahnı oxuyur. Conson atasının keçən il avqustun 17-də COVID-19-dan öldüyünü deyir. Mall-da mahnı oxumağa dəvət olunduğu gecə onun atasının 65 yaşı tamam olurdu. "Kədərimi boğmaq üçün burada olmaq istədim. Həm də digər kədərli ailələrə yardım etmək, dərdlərimizi bir araya necə gətirəcəyimizi anlamaq istədim."

Amber Spenser Arkanzas ştatının Fort Smit şəhərindən gənc həyat yoldaşı və yeni ana olan rəfiqəsi Brina Vatkottun yasını tutur. Ailəsinin dediyinə görə, COVID-19-a yoluxan Brina körpəsini avqust ayında qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. O, uşağını ilk dəfə sentyabrın 23-də hospisdə gördükdən dərhal sonra ölüb. "Körpə İndianı onunla görüşmək, eyni zamanda vidalaşmaq üçün gətirdilər" - deyə, Amber Spenser bildirir.

Cəmi 28 yaşı olan Brina Vatkotun atası da COVID-19 səbəbilə ölüb. Atasının bayrağı onun bayrağının yanında basdırılıb. Spenser deyir ki, bu bayraqların sayı itki miqyasının nə qədər olduğunu anlamaq üçündür. "Fikrimcə biz həyatlarını yoluxucu xəstəlikləri öyrənməyə həsr edən insanlara etibar etməliyik və onların dediklərinə inanmalı və əməl etməliyik."

3000-dən çox bayrağın üzərində qırmızı stikerlər var ki, bu da həyatlarını itirən tibb işçiləridir.

Bu memorial 17 gündən sonra, bazar günü gün batanda bağlandı. Firstenberq deyir ki, üzərində yazısı olan hər bir bayraq təmizlənəcək, sənədləşdiriləcək və arxivləşdiriləcək.

XS
SM
MD
LG