Accessibility links

ABŞ-ın COVID-19 Yardım Proqramlarından azı 100 milyard dollar oğurlanıb


Birləşmiş Ştatlar Gizli Xidmət Afentliyinin çərşənbə axşamı bildirdiyinə görə, pandemiya səbəbindən ABŞ-da işini itirmiş müəssisələrə və insanlara yardım üçün yaradılan COVID-19 Yardım Proqramlarından azı 100 milyard dollar oğurlanıb.

Agentliyin pandemiya ilə mübarizə üzrə milli koordinatoru Roy Dotson bu məlumatın Gizli Xidmət Agentliyi, Ədliyyə Nazirliyi və Kiçik Bizneslər İdarəsinə əsaslandığını bildirib. Agentlik Ədliyyə Nazliriyinin fırıldaqçılıqla bağlı açdığı cinayət işlərini siyahıda göstərməyib.

Dotsonun dediyinə görə, 3.4 trilyon dolların təxminən 3%-nin pandemiya yardım proqramlarından oğurlanıb.

Bu rəqəmin çox hissəsi işsizliklə bağlı fırıldaqdır. Əmək Nazirliyi təxminən 87 milyard dollarlıq işsizlik təzminatının düzgün şəkildə ödənilmədiyini, bunun əhəmiyyətli bir hissəsinin fırıldaqçılıqla əlaqəli olduğunu bildirib.

Gizli Xidmət Agentliyi işsizlik sığortası və kredit fırıldaqlarını araşdırarkən 1,2 milyard dollardan çox pulun ələ keçirdiyini aşkar etdiyini və maliyyə üzrə tərəfdaşlar və ştatlarla işləyərək, fırıldaq yolu ilə əldə edilmiş 2,3 milyard dollardan çox vəsaiti geri qaytardığını bildirib.

Gizli Xidmət Agentliyi pandemiya fırıldaqçılığı ilə bağlı hər ştatda olmaqla, 900-dən çox cinayət işinin açıldığını və indiyə qədər 100 nəfərin həbs edildiyini bildirib.

Ədliyyə Nazirliyi keçən həftə bildirib ki, Dələduzluqla Mübarizə Şöbəsi 95-dən çox cinayət işi üzrə 150-dən çox insanı mühakimə edib və Maaşın Mühafizəsi Proqramı fondlarından saxta yolla əldə edilmiş 75 milyon dollardan çox pul vəsaiti, həmçinin çox sayda daşınmaz əmlak və qiymətli əşyaları müsadirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG