Accessibility links

Pandemiya, məhdudiyyətlər və hava şəraitinin ABŞ-da cinayətlərin artmasına təsiri varmı?


Atışmalar və zorakılıqların baş verdiyi bir neçə şəhərə federal hüquq mühafizə orqanlarını göndərən ABŞ prezidenti Donald Tramp buna görə ilk növbədə solçu bələdiyyə başçılarını və qubernatorları habelə polis idarələrinə maliyyəni azaltmaq səylərini günahlandırıb.

"Buna haradan baxsaq görərik ki, polisin fəaliyyətinin qarşısının alınması cəhdləri icmalarda cinayətlərin, atışmaların, qətllərin, və zorakılıqların dəhşətli şəkildə artmasına səbəb oldu,” - deyə, Tramp çərşənbə günü federal hüquq mühafizə orqanları agentlərinin Çikaqo və Nyu-Meksiko ştatının Albukerke şəhərinə göndərildiyi barədə məlumat verərkən bildirib. "Bu qırğının qarşısı alınmalıdır və bunun qarşısı alınacaq," o əlavə edib.

Lakin ekspertlər məsələnin prezidentin təsəvvür etdiyindən daha mürəkkəb olduğunu deyirlər. İnsanlar COVID-19 pandemiyası dövründə evdə qaldıqları üçün bu il cinayətin ümumi səviyyəsinin azalmasına baxmayaraq, bu qüvvələrin şəhərlərə yerləşdirilməsi son həftələrdə insan ölümlərində və silahlı qarşıdurmalarda artımlara səbəb olub.

Buna baxmayaraq digər şəhərlərdə qətl hadisələrinin sayı azalıb.

Kriminoloqlar zorakılıqların dəqiq səbələrini müəyyən etməyin çətin olduğunu deyirlər. Lakin onlar bir neçə amilə istinad edirlər. Bunlara isti yay havası, ştatların iqtisadiyyatlarını yenidən bərpa etməsi nəticəsində insanların küçələrə axışması və may ayında Minneapolisdə polis nəzarətində olarkən amerikalı Corc Floydun ölümü ilə əlaqədar davam edən etirazlar zamanı hüquq mühafizə orqanlarına inamın itməsi daxildir.

"Bu yay əlbəttə ki, qətl və atışmalarda artım oldu, lakin bunun pandemiya və ya digər amillərlə əlaqəsi olub-olmadığını demək mümkün deyil" - deyə, Pennsilvania Universitetinin hüquq üzrə professoru Deyvid Adams bildirir.

Çikaqo ABŞ-ın ən çox qətl hadisəsi olan şəhəridir. Çikaqo polisinin məlumatlarına görə, əhalisinin sayına görə ölkənin bu üçüncü böyük şəhərində bu il 414 qətl hadisəsi olub.

ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkda bu il cinayət hadisələrində 23 faiz, Los-Anclesdə isə 14 faiz artım olub. Kanzas şəhərində bu il 106 qətl hadisəsi baş verib ki, bu da 34 faiz artım deməkdir.

XS
SM
MD
LG