Accessibility links

ABŞ Dövlət Departamenti İran, Belarus, Türkiyə və Əfqanıstandan olan qadınları "Cəsarətli Qadınlar" mükafatı ilə təltif edib


İranlı şahmat hakimi Söhrə Bayat "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı"na layiq görülən qadınlar sırasındadır.
İranlı şahmat hakimi Söhrə Bayat "Beynəlxalq Cəsarətli Qadınlar Mükafatı"na layiq görülən qadınlar sırasındadır.

ABŞ Dövlət Departamenti 2021-ci il Beynəlxalq Cəsarətli Qadın Mükafatına layiq görülən şəxslərin adlarını açıqlayıb. Dövlət Departamenti Belarus, İran, Türkiyə və digər ölkələrdən liderlik, cəsarət, bacarıq və başqaları üçün fədakarlıq göstərməyə hazır olduqlarını göstərən 14 “qeyri-adi” qadını mükafatlandıracaq.

Dövlət Departamenti 4 mart tarixli açıqlamasında bildirib ki, Dövlət katibi Entoni Blinken həbsdə olan Belarus müxalifət xadimi Mariya Kalesnikova və ölkəsinin sərt İslami geyim qaydalarını pozduqdan sonra sürgünə göndərliən iranlı şahmat hakimi Şöhrə Bayata mükafat təqdim etmək üçün 8 Mart - Beynəlxalq Qadınlar Günündə virtual olaraq keçiriləcək illik Beynəlxalq Cəsarət Qadınları (IWOC) mükafatlarını təqdimetmə mərasiminə ev sahibliyi edəcək.

Açılamada həmçinin bildirilir ki, Əfqanıstanda öz icmalarına xidmət etdikləri zaman qətlə yetirilən digər yeddi "qeyri-adi"qadın lider və fəal da fəxri mükafatla təltif olunacaq.

Beynəlxalq Cəsarət Qadınlar mükafatı artıq 15-ci ildir ki, hər il dünyanın müxtəlif ölkələrində yaşayan qadınlara təqdim olunur. Bu qadınlar "Böyük şəxsi risk və fədakarlıq bahasına sülh, ədalət, insan haqları, gender bərabərliyi və qadınların gücləndirilməsi üçün təbliğatda müstəsna cəsarət, liderlik nümayiş etdirib".

Bu ilki mükafatçılar arasında olan Mariya Kalesnikova ölkəsində keçirilən mübahisəli prezident seçkilərindən sonra hakimiyyətin dinc yolla ötürülməsini asanlaşdırmaq məqsədi ilə qurulan Belarus Müxalifəti Koordinasiya Şurasının üzvüdür.

Kalesnikova sentyabr ayında həbs olunub. Ölkənin milli təhlükəsizliyinə zərər vurmaq, dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsd və ekstremizmin təşkil etmək çağırışları etmək kimi ittihamlarla üzləşib.

Dövlət Departamentinin bildirdiyinə görə, Kalesnikova prezident seçkiləri ərəfəsində "Belarus qadınlarının hakim bir siyasi qüvvə olmasında və cəmiyyətdə dəyişiklikliyi təvqi etməsində" rol oynayıb. Müxalifət xadimi “həbsxanada cəsarətlə Belarus daxilindəki müxalifətin üzü olmağa davam edir” deyən Dövlət Departamenti bildirir ki,o “özləri və ölkələri üçün azadlıq qazanmaq istəyənlərin hamısına ilham mənbəyi kimi xidmət edir”.

Dövlət Departamenti digər namizəd Şöhrə Bayatın “İran hökumətinin təhdidlərinə boyun əymək yerinə, qadın hüquqlarının müdafiəçisi olmaq” seçiminə görə mükaffatlandıracağını bildirir.

Asiyada ilk A kateqoriyalı beynəlxalq qadın şahmat hakimi olan Bayat, 2020-ci ildə Şanxayda keçirilən Dünya Qadınlar Şahmat Çempionatında ölkəsinin tələb etdiyi baş örtüyü və ya hicabsız fotoşəkil çəkdirdikdən sonra Britaniyadan sığınacaq istəyib.

Dövlət Departamenti bildirib ki, "Şöhrənin əvvəllər rəhbərlik etdiyi İran Şahmat Federasiyası 24 saat ərzində üzr istəmədən İrana qayıtdığı təqdirdə Şöhrənin təhlükəsizliyini təmin etməkdən imtina edib."

Təhlükəsizliyindən qorxan və hadisəyə görə üzr istəməkdən imtina edən Şöhrə Birləşmiş Krallıq ürək ağrıdan qərar verərək vizası olmayan ərini İranda qoyaraq Böyük Britaniyaya sığınacaq almaq qərarını verib".

Tükiyədən olan mükafat laureatı Canan Güllü isə 31 ildir qadın QHT-lərini birləşdirən Türkiyə Qadın Dərnəkləri Federasiyasının prezidentidir. Dərnək ölkədə 186 filial və 52 min üzvə rəhbəlik edir.

Canan qadınların idarəetmədə, işçi qüvvəsndə və təhsildə iştirakını təşviq etmək üçün davamlı işlər aparıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG