Accessibility links

ABŞ Dövlət Departamenti: Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşməsi ilə bağlı “bütün variantlar” masa üzərindədir


ABŞ-ın Avropa məsələləri üzrə baş diplomatı bildirib ki, Rusiyanın Ukrayna sərhədi yaxınlığında “böyük və qeyri-adi” qoşun cəmləşdirilməsinə necə reaksiya veriləcəyi ilə bağlı bütün variantlar masadadır və NATO alyansı növbəti həftə məsləhətləşmələrdən sonra növbəti addımın nə olacağına qərar verəcək.

"Təsəvvür edə bildiyiniz kimi, bütün variantlar masa üzərindədir və orada bütün variantları ehtiva edən vasitələr var" – deyə, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid telefon vasitəsilə keçirdiyi brifinqində jurnalistlərə bildirib.

"İndi NATO-nun növbəti addımlarının nə olacağına qərar vermək alyansın öhdəliyinə düşür" - deyə, o, ABŞ Dövlət katibi Antoni Blinkenin NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının görüşlərində iştirak etmək üçün gələn həftə Latviya və İsveçə səfərləri öncəsi bildirib. O, Moskvanın "böyük və qeyri-adi" hərbi qüvvələ cəmləşdirməsinin görüşlər zamanı gündəmdə əsas mövzu olacağını əlavə edib.

ABŞ, NATO və Ukrayna rəsmiləri son həftələrdə Moskvanın qonşusuna hücum etməyə hazır ola biləcəyi ehtimalını irəli sürərək, Rusiya qoşunlarının Ukraynaya yaxınlaşaraq qeyri-adi hərəkətləri ilə bağlı həyəcan bildirib.

Blinkenin Stokholmda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü olub-olmayacağı ilə bağlı suala Donfrid belə bir ikitərəfli görüşlə bağlı açıqlama olmadığını deyib, lakin “məlumatları izləməyə davam edin”, deyə əlavə edib.

XS
SM
MD
LG