Accessibility links

ABŞ Dövlət Departamentinın 2020-ci il Din Azadlığı hesabatında Azərbaycan


Nardaran (Photo by : Parvana Bayramova)
Nardaran (Photo by : Parvana Bayramova)

ABŞ Dövlət Departamenti mayın 12-də “2020-ci ildə Beynəlxalq Din Azadlığı Hesabatı”nı təqdim edib.

Hesabatın Azərbaycana aid hissəsində Azərbaycan hakimiyyəti "dini qruplar üçün qeydiyyatla bağlı ağır tələbləri ləğv etməyə və öz əsas azadlıqlarını həyata keçirməyə görə mühakimə olunanları azad etməyə" çağırılıb.

Dünyanın hər ölkəsində dini etiqad azadlığının vəziyyətinin əks olunduğu hesabatda deyilir ki, “təqib və zorakılığa görə ölkələrin məsuliyyətə cəlb edilməsi, həmçinin zəruri dəyişikliklərin dəstəklənməsi üçün dəyərli vasitədir".

Sənəddə ötən il ölkənin məhkəmə instansiyalarının 2018-ci ildə Gəncənin keçmiş icra başçısına hücum, daha sonra iki polis zabitinin öldürülməsi ilə bağlı apellyasiya şikayətlərinə baxıldığı vurğulanır. Hakimiyyət təqsirli bilinənləri şiələrin “ekstremist sui-qəsd”inin tərkib hissəsi sayır, onların konstitusion quruluşu devirmək istədiklərini bildirir.

Vətəndaş cəmiyyəti fəalları isə hökmlərin böyük hissəsini siyasi motivli hesab edirlər. Onlar Gəncə hadisələri ilə əlaqədar ilin sonunadək 43 nəfərin həbsdə olduğunu bildirir.

Hesabatda vurğulanır ki, hakimiyyət ekstremist qrup hesab etdiyi, qeydiyyata almadığı Müsəlman Birliyi Hərəkatına bağlı fərdlərə qarşı hüquqi tədbirləri davam etdirib. Vətəndaş cəmiyyəti və insan haqları fəalları isə hərəkat üzvlərinin həbsini siyasi motivli sayırlar.

Sənəddə dini icmaların qeydiyyat probleminə də toxunulur.

Üzv sayı 50-dən az olan icmaların qeydiyyatına icazə verilmədiyi qeyd olunur.

“Hökumət dini materialların idxalı, yayılması və satışına nəzarəti əlində saxlayır. İyunda Cinayət Məcəlləsinə dəyişiklik olunub, “azadlığın məhdudlaşdırılması” cəza növlərinə əlavə edilib. Daha əvvəlki cəza növlərində hökumətin icazəsi olmadan dini kontentin dərci, yaxud yayılması üçün cərimə və həbs nəzərdə tutulurdu”, - hesabatda qeyd edilib.

Vətəndaş cəmiyyəti fəallarının sözlərinə görə, vətəndaşlar azlıqda olan, tarixən ölkədə mövcud olmuş “ənənəvi” dini qruplara dözümlü yanaşır, bəzən maliyyə dəstəyi göstərir. Bu sıraya yəhudilər, rus pravoslavlar, katoliklər daxildir. “Qeyri-ənənəvi” qruplara isə adətən şübhə və inamsızlıqla baxırlar.

Hesabatda o da qeyd olunur ki, Bakıdakı ABŞ səfiri və səfirliyin əməkdaşları QHT-lərin dini baxışlarına görə həbs olunduqlarını dediyi şəxslərin sərbəst buraxılması üçün hökumət rəsmiləri ilə işləyirlər.

Səfir və səfirlik əməkdaşları hökumət rəsmilərini daha kiçik dini icmaların qeydiyyatı ilə bağlı əvvəldən mövcud olan məsələləri həll etməyə çağırırlar.

Azərbaycanın hakimiyyəti isə ölkədə din azadlığı sahəsində ciddi problemlərin olmadığını bildirir, digər hüquq və azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu bəyan edirlər. Ölkədə dini tolerantlıq hakimiyyətin tez-tez istinad etdiyi, örnək hesab etdiyi məqamlardandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG