Accessibility links

ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu Tofiq Yaqublunu sərbəst buraxmağa çağırır


Tofiq Yaqublu

“Söz və birləşmə azadlıqlarının həyata keçirilməsi heç vaxt azadlıqdan məhrumetmə üçün əsas ola bilməz. Bunlar universal insan haqlarıdır. Azərbaycanda Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesindən narahatlıq duyuruq və onun sərbəst buraxılmasına çağırırıq.”

Bu barədə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Twitter səhifəsində Tofiq Yaqubluya qarşı məhkəmə hökmü ilə bağlı münasibətində deyilir.

This image contains sensitive content which some people may find offensive or disturbing.
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Əsas söz və birləşmə azadlıqlarının həyata keçirilməsi heç vaxt azadlıqdan məhrumetmə üçün əsas deyil. Bunlar universal insan haqlarıdır.

Azərbaycanın Tofiq Yaqublu işi üzrə məhkəmə prosesini rədd etməsindən narahatlıq duyuruq və onun sərbəst buraxılmasına çağırırıq.

XS
SM
MD
LG