Accessibility links

ABŞ dövlət katibi Şimali Koreyaya yola düşüb


ABŞ dövlət katibi bu gün Şimali Koreyaya yola düşüb. Mayk Pompeonun səfərinin məqsədi Pxenyanın nüvə qproqramına son qoyulması və Amerikanın kəşfiyyat mənbələrinin Kim Conq Unun nüvə proqramını davam etdirdiyinə dair məlumatlarının müzakirəsidir.

Prezident Trampın ötən ay Şimali Koreya ilə Simqapur görüşündən ruhlanan Pompeo Pxenyana sabah çatmalıdır. Müzakirələr iki gün sürəcək. Bu, Pompeonun cari ilə ərzində Şimali Koreyaya üçüncü səfəridir.

Donald Tramp Sinqapur sammitindən döndükdən sonra bildirib ki, "Şimali Koreyanın nüvə təhlükəsinə son qoyuldu".

ABŞ dövlət başçısı əlavə edib ki, Kimlə görüş çox maraqlı keçməklə yanaşı, pozitiv bir təcrübə oldu.

Sinqapurda imzalanan razılıqda Şimali Koreya lideri Kim Conq Un Koreya yarımadasını nüvəsizləşdirilmə istiqamətində "qəti və davamlı öhdəliyini" bir daha təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyini öz üzərinə götürüb.

XS
SM
MD
LG