Accessibility links

ABŞ və Aİ Krımın Ukraynaya məxsus olduğuna dair mövqelərini bir daha təsdiqləyiblər


Rusiyanın Krımı işğal və zəbt etməsinin yeddinci ildönümü ərəfəsində ABŞ və Avropa İttifaqı Krımın Ukraynaya aid olduğuna dair mövqelərini bir daha təsdiqləyiblər.

ABŞ Dövlət Katibi Entoni Blinken verdiyi açıqlamada bildirib ki, "Rusiyanın Krımı işğal etməsi və ələ keçirməsi müasir beynəlxalq nizama qarşı ab;rs;z bir təhqirdir". O həmçinin əlavə edib ki,"Biz bu sadə həqiqəti təsdiqləyirik: Krım Ukraynadır".

Açıqlamada həmçinin bildirilir ki, ABŞ "Rusiyanın Krımı ilhaq etməsini heç vaxt tanımır və tanımayacaq".

ABŞ Rusiyaya Krımın işğalını dərhal dayandırmaq, bütün ukraynalı siyasi məhbusları azad etmək və yarımadaya tam nəzarəti Ukraynaya qaytarmaq çağırışını təkrarlayır.

ABŞ həmçinin Rusiyanı Ukraynanın şərqindəki “təcavüzə” son qoymağa da çağırır.

Blinken bildirib ki, Rusiya Ukrayna və Krımla bağlı kursunu dəyişdirmədiyi təqdirdə, ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq.

Avropa Şurası Nazirlər Komitəsinin prezidenti, Almaniyanın Xarici İşlər Naziri Heiko Maas da Aİ-nın Krımının ilhaq edilməsinin beynəlxalq hüquqa zidd olduğunu fikrində qaldığını bildirib.

Maas yaydığı açıqlamada bildirib ki, Avropa Şurası "Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə birmənalı və sarsılmaz dəstəyini” bir daha təsdiq edir.

2014-cü ildə 27 fevral tarixində maskalı Rusiya qoşunları Krıma hücum edərək strateji obyektləri, Krım parlamenti də daxil olmaqla oradakı rəsmi qurumları ələ keçirib. Nazirlər şurası ləğv edilərək əvəzinə yeni Rusiyapərəst baş nazir təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG