ABŞ Dövlət katibi Antoni Blinkenin gələn həftə Ukraynaya səfəri planlaşdırılır. Səfər Rusiyanın "təcavüzkar" siyasəti fonunda Vaşinqtonun ölkəyə verdiyi dəstəyi təkrarlamaq və keçmiş Sovet respublikasında daha çox islahatların aparılmasına çağırış məqsədi daşıyır.
Dövlət Departamentinin aprelin 30-da yaydığı açıqlamasında bildirilir ki, Blinken 5-6 may tarixlərində Londonda Böyük Yeddilərin (G7) toplantısına qatıldıqdan sonra Kyivə yola düşəcək.
Səfər zamanı ABŞ-ın baş diplomatının Prezident Volodimir Zelenski, Xarici İşlər naziri Dmitro Kuleba və Ukraynanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü planlaşdırılır. Görüşlərin məqsədi “ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə Rusiyanın davamlı təcavüzü qarşısında dəstəyini təsdiqləmək"-dir.
Açıqlama bu ilin əvvəlindən bəri Ukrayna qüvvələri ilə ölkənin şərqində, Rusiyanın dəstəklədiyi separatçılarla gedən döyüşlərin artması fonunda verilib.
Son həftələrdə Ukrayna sərhədləri yaxınlığında və işğal altındakı Krımda rus qoşunlarının yerləşdirilməsi Kyivdə və Qərbdə münaqişənin artması ilə bağlı narahatlıqları artırıb.
Blinken mayın 2-də CBS News-da yayımlanacaq müsahibəsində bildirib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putinin niyyətlərini bilmir.
"Onun edə biləcəyi və ya etməməyi seçdiyi bir çox şey var. Görünür ki, o, son bir neçə gün ərzində qüvvələri geri çəkməyə qərar verib və biz onların bəzilərinin həqiqətən də geri çəkildiyini görürürük"- deyə, Blinken bildirib.
The Russian military claimed on April 29 that almost all its troops had now returned to their permanent bases after participating in massive drills.
Rusiya ordusu 29 aprel tarixində demək olar ki, bütün qoşunlarının kütləvi təlimlərə qatıldıqdan sonra daimi bazalarına qayıtdıqlarını iddia edib.