Accessibility links

ABŞ Dövlət katibi: Azərbaycan xalqını müsəlman dünyasında ilk demokratik dövlət qurması münasibətilə təbrik edirəm


“Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan xalqını Respublika Günü bayramı və 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlət qurması münasibətilə təbrik edirəm.”

Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin 28 may tarixli bəyanatında deyilir.

“Birləşmiş Ştatlar Azərbaycanla iqtisadiyyat, energetika və təhlükəsizlik sahəsində otuz illik tərəfdaşlığı, həmçinin Azərbaycanın insan hüquqları və qanunun aliliyinə hörməti artırmasına dair daimi dialoqumuzu yüksək qiymətləndirir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın energetika imkanlarının şaxələnməsinə verdiyi böyük töhfəni təsdiq edirik.

İnsan hüquqlarına və əsas azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü institutlar və proseslər ortaq məqsədlərimizə nail olmağımız, daha möhkəm və dərin əlaqələr qurmağımız üçün həddindən artıq əhəmiyyətlidir. Birləşmiş Ştatlar həmçinin minlərlə Azərbaycan və Amerika vətəndaşı arasında şəxsi mübadilələr, habelə səfirliklərimizin ictimaiyyətlə işi vasitəsilə qurulmuş əlaqələrə dəyər verir.

Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli və hərbi əməliyyatların humanitar nəticələrinin aradan qaldırılması, o cümlədən itkin düşmüş şəxslər nəzərə alınmaqla, bütün saxlanılan şəxslərin azad edilməsi, habelə cəsədlərin tam və operativ şəkildə dəyişdirilməsi üzrə danışıqlarda tərəflərə köməklik göstərməyə əvvəlki kimi hazırdır,” bəyanatda qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG