Accessibility links

ABŞ dövlət katibi Con Kerri Kiyevdədir


Bu gün Ukrayna paytaxtı Kiyev şəhərinə gedən ABŞ dövlət katibi Con Kerrinin siyasi iğtişaşlar nəticəsində ikiyə bölünmüş ölkəyə 1 milyard dollarlıq yardım paketini bəyan edəcəyi gözlənilir.

Cənab Kerri ABŞ-ın Ukrayna müvəqqəti hökumətinə dəstəyini bildirsə də, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı rusları qorumaq üçün lazım olan bütün variantlardan istifadəyə hazır olduğunu deyib. O, Rusiya hərbi qüvvələrindən istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra ilk dəfə danışan Rusiya lideri Ukraynadakı hakimiyyət dəyişikliyini "qeyri-konstitusion hərbi çevriliş və hakimiyyətin zorla ələ keçirilməsi" adlandırıb. O, habelə deyib ki, cənab Yanukoviç hələ də Ukraynanın legitim lideri olsa da, onun bir daha seçilmək şansı yoxdur.

Prezident Putinin açıqlaması Ukraynanın Krım regionunda hərbi mövcudluğunu çoxaltmasına dair artan gərginlik zamanına təsadüf edir. Rusiyanın Ukraynadakı hərbi fəaliyyətlərinə görə, ABŞ və Avropa müttəfiqləri Kremlə qarşı sanksiyaları nəzərdən keçirir.
XS
SM
MD
LG