Accessibility links

ABŞ dövlət katibi İraqa əvvəlcədən planlaşdırılmayan səfər edib


Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo İraqa planlaşdırılmayan səfər edib. Pompeo bu səfəri İranla gərginliyin davam etdiyi, kəşfiyyatın İranın yaxın mənzilli ballistik raketlərini sınaqdan keçirdiyi barədə məlumatından sonra edib.

Pompeo çərşənbə günü Almaniyaya planlaşdırılan səfərini təxirə salaraq, İraqın baş naziri Adil Əbdül Mehdi ilə İranın artırdığı fəaliyyətlərini müzakirə etmək üçün Bağdada elan edilməmiş səfər edib.

ABŞ rəsmiləri İran potensial təhdidlərinə qarşı USS Abraham Lincoln təyyarədaşıyıcı gəmisini, eləcə də Avropa sularından Ərəb dənizinə çevik qüvvələr və B-52 bombardmançı qrupun yerləşdirilməsini sürətləndirməyə çalışır.

Trump administrasiyası terrorçu qruplars sponsorluq və Ağ Evin iddia etdiyi kimi Amerika Birləşmiş Ştatlarını təhdid edən ballistik raket proqramının qarşısını almaq da daxil olmaqla, Tehranın davranışını dəyişdirməsi üçün İrana qarşı maksimum təzyiq kampaniyası tətbiq edir.

ABŞ-ın keçən ay İranın İslam İnqilab Qvardiyasını terrorçu qrup elan etməsinə cavab olaraq, İran Amerika Birləşmiş Ştatlarını terrorizmin sponsoru və Yaxın Şərqdəki ABŞ qüvvələrini terror qrupları adlandırıb.

XS
SM
MD
LG