Accessibility links

ABŞ Dövlət katibi İordaniyadadır


ABŞ Dövlət katibi Con Kerri Yaxın Şərq sülh prosesinin canlandırılması məqsədilə İordaniyaya səfər edib.

Con Kerri Əmmanda İordaniya kralı Abdulla ilə görüşüb. O, fələstinlilər və İsrail arasında sülh danışıqlarında fikir ayrılıqlarının azaldılması səyləri çərçivəsində çərşənbə günü Fəlsətin prezidenti Mahmud Abbasla görüşüb.

Con Kerri İordaniyaya səfərini Küveytdə 22 ərəb ölkəsinin daxil olduğu Ərəb Liqasının İsrailin yəhui dövləti kimi tanınmasını qəbul etməyən bəyanat verdiyi zaman edir.

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin liderlərinin İsraili yəhudi dövləti kimi tanıdığına israr edib.

ABŞ dövlət katibi Əmman danışıqlarını İsrailin fələstinli məhbusların dördüncü qrupunun azad etməyə hazırlaşmasından əvvəl keçirir.

Məhbuslar tərəflərin keçən il müzakirələrə başlamasına gətirib çıxaran razılığın bir hissəsi olaraq azad edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG