Accessibility links

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya üçüncü dəfə səfər edəcək


ABŞ dövlət katibi Mayk Pompeo cümə axşamı günü Şimali Koreyaya səfər edəcək. Səfər Şimali Koreyanın kütləvi qırğın silahlarının sayını artırmağa və yaxud nüvə arsenalının bir hissəsini tərksilah səylərinə daxil etməməyə çalışdığı haqda məlumatların verildiyi bir vaxt edilir. Səfir Sung O'nun başçılıq etdiyi ABŞ nümayəndə heyəti Pompeonun səfərindən öncə Şimali Koreya rəsmiləri ilə görüşüb. Ağ Evin sözçüsü Sara Hukabi Sanders bu görüşdə müvəffəqiyyət əldə edilə biləcəyinə ümidlə baxır.

Onun açıqlamaları bazar günü Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun müsahibəsindən sonraya təsadüf edir. Con Bolton bildirib ki, Şimali Koreyanın silah proqramının böyük bir qismi bir il içində sökülə bilər. Koreya Cəmiyyətinin baş direktoru Stefen Noerper Amerikanın Səsinin müxbiri Viktor Bettiyə Pompeonun səfərinə müəyyən dərəcədə son zamanlar mətbuatda verilmiş narahatlıq doğuran xəbərlərin səbəb olduğunu bildirib.

Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton.
Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton.

Stefen Noerper deyib ki, Şimali Koreya nüvəsizləşdirilmə ilə bağlı təəhhüd götürüb, amma bunun necə ediləcəyi barədə heç bir sənəd imzalanmayıb.

Klinton administrasiyası dövründə müdafiə naziri olmuş Vilyam Perri Politico veb səhifəsində məqaləsində Şimali Koreyanın bu dəfə məsələyə ciddi yanaşdığına ümidli olduğunu yazıb.

Perri həmçinin əvvəlki zamanlardan fərqli olaraq Cənubi Koreyanın bu dəfə səylərdə fəal iştirak etdiyini və ABŞ Konqresinin prezident Donald Trampın təşəbbüsünü dəstəkləməyə hazır olduğunu bildirib. Lakin o həmçinin qeyd edib ki, proses o qədər asan və tez olmayacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG