Accessibility links

ABŞ dövlət katibi Mayk Pompeo Seuldadır


ABŞ dövlət katibi Mayk Pompeo Seuldadır. Bu onun 4 dəfə Şimali Koreya səfərindən sonra həyata keçirdiyi səfərdir.

Təcrid edilmiş Şimali Koreya lideri Kim Con Un belə bir fürsət əldə etdiyi üçün məmnunluğunu ifadə edib.

Pompeo Seula çatdıqdan az sonra Twitter-də Kimlə bərabər şəklini paylaşıb.

Pompeo Şimali Koreya lideri Kimlə növbəti görüşünü müsbət qiymətləndirib.

ABŞ dövlət katibi dünən Asiya turunun ilk dayanacağı olan Yaponiyada baş nazir Şinzo Abe və xarici işlər naziri Taro Kono ilə görüşüb.

Təhlilçilər bildirir ki, Pompeo ikinci zirvə görüşündə nüvəsizişləşdirilmə istiqamətində real inkişafa nail olunması məsələsi ilə bağlı çətinliklərlə qarşılaşıb.

Bəzi təhlilçilər Şimali Koreyanın ən vacib məsələləri hələ də ünvanlamadığını hesab edir. Buraya nüvə silahları və obyektlərinin siyahısı, bu informasiyanın təsdiqi və nüvəsizləşdirilmə istiqamətində görüləcək işlər üçün vaxt cədvəli kimi məsələlər daxildir.

Şimali Koreya 1950-53-cü illərdə Koreya müharibəsinə rəsmən son qoymaq istəyir. Lakin Birləşmiş Ştatlar bildirib ki, Pxenyan ilk novbədə nüvə silahlarından imtina etməlidir. Şimali Koreya Birləşmiş Ştatların nüvə silahlarının tam inventarlaşdırılması tələbini hələ yerinə yetirməyib.

XS
SM
MD
LG