Accessibility links

ABŞ dövlət katibi Meksikaya gedir


ABŞ dövlət katibi Mayk Pompeo cümə günü Meksikaya yola çıxır. Orada o, Meksikanın yeni seçilmiş solçu prezidenti Andres Manuel Lopez Obrador ilə görüşəcək. İki ölkə arasındakı əlaqələr miqrasiya və sərhəd təhlükəsizliyi, Mərkəzi Amerikadan gələn qaçqınlar və Şimali Amerikanın Azad Ticarət Sazişi ilə əlaqədar gərgindir. Amerikanın Səsinin Dövlət Departamentinin müxbiri Sindi Seyn Vaşinqtondan bildirir ki, hər iki tərəf yeni bir başlanğıc istəyir.

Meksikanın prezident seçkilərində qələbə qazandıqdan bir gün sonra Andres Manuel Lopez Obrador prezident Donald Tramp ilə "mühüm" telefon söhbətinin yüksək səviyyədə keçidiyini deyib. Donald Tramp da bununla razılaşıb.

“Bildirim ki, mən Meksikanın yeni seçilmiş prezidenti ilə danışdım. Yarım saat davam edən bir söhbətimiz oldu. Sərhəd təhlükəsizliyindən danışdıq, ticarət haqqında danışdıq, NAFTA haqqında danışdıq, biz Meksika və ABŞ arasında ayrıca razılaşma barədə danışdıq. Bizım çox yaxşı söhbətimiz oldu. Məncə əlaqələrimiz çox yaxşı olacaq.”

İndi dövlət katibi Pompeo Meksikaya rəhbərlik etdiyi yüksək rütbəli heyətlə səfər edir və Dövlət Departamenti bu səfərdən mühüm məsələlərin həlli üçün istifadə etmək istəyir. ABŞ-ın cənub sərhədində narkotik maddə qaçaqmalçılığını dayandırmaq ABŞ üçün həmişə mühüm bir məsələ olub.

“Biz bilirik ki, narkotiklərə tələbat sərhədin Amerika tərəfindədir və bu problem icmaları məhv edir və ailələri bir-birindən ayırır" - deyə, Pompeo bildirib.

Meksikanın indiki xarici işlər naziri Luis Vaydeqaray mühacirətin hər iki ölkə üçün başlıca problem olduğunu söyləyib.

"Biz ümumi çətinliklərlə qarşılaşırıq. Meksika artıq sadəcə mənşə ölkəsi deyil, biz də miqrantları qəbul edən bir ölkə oluruq. Biz miqrantların vəziyyətindən asılı olmayaraq, onların ləyaqətinin qorunmasına üstünlük verməyə davam etməliyik."

Analitiklər bildirir ki, Lopez-Obradorun dekabrın 1-də vəzifəsinə başlamadan əvvəl keçid dövrünün hər iki ölkə üçün "sıfırlama düyməsinə basması" üçün yaxşı bir fürsətdir. Solşu Meksika liderinin ABŞ prezidenti ilə insanların düşündüyündən daha çox ortaq cəhəti ola bilər.

Səfərdən öncə Dövlət Departamenti ABŞ və Meksikanın pərdə arxasında keçirilən danışıqların mövzusu barədə heç bir məlumat vermir. Bu danışıqlar Mərkəzi Amerika qaçqınlarının Meksikadan tranzit olaraq ABŞ-a keçmələri əvəzinə elə Meksikada sığınacaq axtarmalarına yönəlib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG