Accessibility links

ABŞ dövlət katibi Misirdə səfərdədir


Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo İrana təzyiqlə bağlı müttəfiqlərdən dəstək əldə etmək üçün cümə axşamı Qahirədə Misir rəsmiləri ilə görüşüb.

Pompeo əvvəlcə Misir prezidenti Əbdül Fəttah Əl-Sissi, sonra isə Qəzza və iqtisadi əməkdaşlıq da daxil olmaqla, əlavə mövzuları müzakirə etmək üçün ölkənin xarici işlər naziri Sami Şükrü ilə görüşüb.

Misirə səfər etməzdən əvvəl Pompeo gözlənilmədən İraqın Bağdad və İrbil şəhərlərinə gedib. İraq hökumətinin yüksək səviyyəli rəhbərləri ilə görüşündən sonra cənab Pompeo İraqın Kürdüstan Regional Administrasiyasının yüksək səviyyəli rəsmiləri ilə görüşüb.

ABŞ dövlət katibinin Yaxın Şərqə bir həftəlik səfərinin məqsədi yalnız hökumətlərdən İranın fəaliyyətlərinin qarşısının alınmasına dəstək istəmək deyil, həm də hərbi qüvvələrini Suriyadan çıxarmağa hazırlaşdığı bir vaxt ABŞ-ın terrorizmlə mübarizə səylərini davam etdirəcəyinə əmin etməkdir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG