ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü Pakistana səfər edib. Səfərin məqsədi yeni seçilmiş hökümətlə ikitərəfli münasibətlərin gələcəyinə dair İslamabadda yüksək səviyyəli görüşlər keçirməkdir.
Pakistana səfərindən öncə Pompeo jurnalistlərə bildirib ki, onun missiyası hər iki xalqı "bir araya gətirəcək yol tapmaq" və İslamabadla Vaşinqton arasındakı qəliz münasibətlərdə yaşanan çıxılmaz vəziyyəti aradan qaldırmaqdır.
Dövlət katibi Pompeonu həmçinin Baş Qərargah rəisi, General Cozef Danford müşayiət edib.
Pentaqon keçən həftə Trampın Cənubi Asiya strategiyası ilə əməkdaşlığın olmaması səbəbindən Pakistana edilən 300 milyon dollar hərbi yardımı ləğv etdiyini açıqlayıb.