Accessibility links

Pompeo uyğur müsəlmanlara münasibətinə görə Çini tənqid edib


Ölkəsində siyasi böhran baş verdiyi bir zaman Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo çərşənbə günü Vatikandakı konfrans zamanı uyğur müsəlmanlara qarşı münasibətinə görə Çini tənqid edib.

Vatikanda dini etiqad azadlığına həsr olunmuş konfransdakı çıxışında Pompeonun sərt tənqid hədəfi Çin idi. Bundan sonra o, Kuba, İran, Pakistan və Myanmaya toxunub.

"Dövlət hökmranlığı tam əlinə aldıqda, vətəndaşlarından Allaha deyil, hökumətə ibadət etmələrini tələb edir. Elə buna görə də Çin bir milyondan çox uyğur müsəlmanını məcburi düşərgələrdə saxlayır və xristian keşeşlərini həbsxanaya atır" - deyə, o bildirib.

"Dövlət tam hökmdarlıq etdiyi zaman Allah onun üçün təhdid olur" deyib Pompeo.

Ekstremizmi məhv etmək və insanlara yeniliklər vermək üçün uzaq Sincanda "peşə təhsili mərkəzləri" adlandırdığı komplekslər açdığına görə Çin beynəlxalq qınaqla üzləşib.

"Bu gün biz insan ləyaqəti və dini azadlıqların müdafiəsi yolunda mübarizə aparmalıyıq. Problemlər soyuq müharibə illərində olduğundan daha yüksəkdir, çünki onlar daha müxtəlif və daha çoxdur" - deyə, Pompeo Vatikanda ABŞ səfirliyi tərəfindən təşkil olunmuş konfransdakı çıxışında bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG