ABŞ dövlət katibi Mayk Pompeo bu həftə Vaşinqtonda səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüş keçirəcək.
Biz bir daha Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövüyünə dəstək bildiririk.Morqan Ortaqus
Görüş ərəfəsində ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Gürcüstanın Cənubi Osetiya regionunda iyunun 9-da keçirilmiş partlament seçkilərinin legitimliyini və onların nəticələrini tanımadığını bəyan edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Birləşmiş Ştatların Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb.
“Bizim Cənubi Osetiya ilə bağlı mövqeyimiz aydındır. Bu regionlar Gürcüstanın ayrılmaz hissəsidir. Buna görə də biz bir daha Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövüyünə dəstək bildiririk” – deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib.
Dövlət katibi Pompeonun Gürcüstanın baş naziri ilə ABŞ və Gürcüstan arasında bir sıra ikitərəfli məsələləri müzakirə edəcəyi bildirilib.