Accessibility links

ABŞ Dövlət Katibinin köməkçisinin müavini Bakıda səfərdə olub


Bricit Brink (Bridget A. Brink)
Bricit Brink (Bridget A. Brink)

ABŞ-ın Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Bricit Brink mayın 31-i Bakıya rəsmi səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, xanım Brink prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov və Azərbaycanın siyasi müxalifəti ilə görüşlər keçirib.

Dövlət Katibinin köməkçisinin müavini Brink prezident Əliyevi və Azərbaycan xalqını dünyanın ilk müsəlman parlament ölkəsi olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının yüzillik ildönümü münasibətilə təbrik edib. Onlar Əfqanıstan və terrorçuluğa qarşı mübarizə də daxil olmaqla təhlükəsizlik sahəsində birgə maraqları müzakirə edib.

Dövlət Katibinin köməkçisinin müavini Birləşmiş Ştatların Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə dair marağını bildirərək 25-ci Xəzər Neft və Qaz Sərgisinin və Şahdəniz 2 yatağından qaz təchizatının başlanmasının vacibliyini vurğulayıb.

Xanım Brink sözügedən tədbirlərin Avropada enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasında oynadığı mühüm rolu qeyd edib.

Rəsmi görüşlər zamanı Dövlət Katibinin köməkçisinin müavini Brink həmçinin toplaşma azadlığı, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla fundamental azadlıqlara hörmət ilə yanaşmanın həm Azərbaycanın biznes mühiti, həm də ikitərəfli tərəfdaşlıq üçün vacib olduğunu vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG