Accessibility links

ABŞ Dövlət katibinin köməkçisinin müavini regiona səfər edəcək


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda katibin köməkçisinin yeni təyin olunmuş müavini Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İrəvanda olarkən DAS Olson 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə birlikdə Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək

Bundan əlavə Qafqaz danışıqları üzrə baş məsləhətçi Andryu Schofer və USAID Administrator müavininin köməkçisi Endryu Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılacaq.

“Biz bu çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək üçün fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnunuq.

İştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər" məlumatda deyilir.

ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.

XS
SM
MD
LG