Accessibility links

ABŞ dövlət katibinin Ramazan ayının başlaması münasibətilə mesajı


ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatlarda və dünya ölkələrində müsəlmanlara müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik mesajı göndərib.

“Bir çox müsəlman üçün bu ay diqqətin mənən yeniləşmə, mehribanlıq və dözümlülük, həyatda daha az uğuru olanlara mərhəmət və müxtəlif icmalar arasında harmoniyaya yönəldilməsi üçün bir imkandır. Birləşmiş Ştatlarda bir çox məscid və evlərdə bizim bərabərlik, xeyriyyəçilik və səxavət kimi ümumi Amerika dəyərləri altında birləşmək üçün müxtəlif dinlərdən olan dostlar və qonşuları salamlayır”, Pompeonun mesajında deyilir.

Pompeo son zamanlar bütün üç İbrahimi dinlərə məxsus məbədlərdə törədilmiş hücumları xatırladıb.

“Bütün dünyada azad şəkildə dini ibadət etməklə bağlı ciddi problemlər yaranır. Hökumətlər və vətəndaşlar üçün bu hücumçulara motivasiya verən nifrətin qarşısının alınmasında ən yaxşı vasitə hamı üçün din azadlığını irəlilətməkdən ibarətdir”- deyə, mesajda bildirilir.

ABŞ dövlət katibinin mesajında deyilir ki, Ramazan bütün dinlərdən olan insanlara mərhəmət, hörmət və bir-birinə dəstəyin əhəmiyyətini xatırladır.

“Hər gün orucu dayandırıb iftar zamanı birgə yemək paylaşmaqla Ramazan icmalar arasında birliyi canlandırır və ictimai xidməti önə çəkir. Bu ruhda biz bir-birimiz qarşısında dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyəti düşünürük və daha yaxşı keyfiyyətlərimizi göstərməyə çalışırıq” – deyə, Pompeonun mesajında qeyd edilir.

ABŞ dövlət katibi mesajında bildirib ki, Amerikanın bir çox səfirlik və konsulluqları iftar yeməyinə ev sahibliyi edir və bununla Amerika diplomatiyasının üstünlüklərini vurğulanır və ABŞ-ın din azadlığı, dini azlıqlara hörmət edilməsi və sülh naminə tərəfdaşlığa sadiqliyi nümayiş etdirilir.

XS
SM
MD
LG