Accessibility links

ABŞ: Dünya boyu din azadlığı təhlükə altındadır [Video]


ABŞ: Dünya boyu din azadlığı təhlükə altındadır
please wait

No media source currently available

0:00 0:02:02 0:00

ABŞ Dövlət Departamentinin illik hesabatında dünya boyu din azadlığının təhlükə altında olduğunu bildirilir. Dünya ölkələrində din azadlığının durumuna dair hesabatda Çin, İran, Rusiya və Myanma xüsusi narahatlıq doğuran ölkələr olaraq göstərilib. Hesabatda dünyanın bir çox ölkələrində din tərəfdarlarının təqib edildiyi və inanclarına görə cəzalandırıldığı bildirilir.

Dövlət Departamentinin beynəlxalq din azadlığı üzrə xüsusi səfiri Sam Braunbek din azadlıqları ilə bağlı durumun “dəhşətli” olduğunu bildirib.

ABŞ rəsmiləri Cənub-şərqi Asiyada etnik rohinca müsəlmanlarının əhalisinin əksəriyyəti buddist olan Myanmada zorakılıq, ayrı-seçkilik və təqiblrə məruz qaldıqlarını bildirib. Yüz minlərlə insan qonşu Banqladeşə qaçıb.

“Mən hesab edirəm ki, vəziyyət daha da pisləşir. Lakin elə buna görə insanlar ölkələrində daha qəti addımlar atmalı və Birmada hərbi qüvvələrin törətdiklərinə qarşı çıxmalıdırlar”, xüsusi səfir Sam Braunbek bildirib.

Dövlət katibi Mayk Pompeo bildirib ki, din azadlığının təbliği və müdafiə edilməsi Birləşmiş Ştatların başlıca priorotetlərindən biridir. O, iyul ayında xarici həmkarları ilə görüşün təşkil ediləcəyini elan edib.

“Nazirlər səviyyəsində bu görüşün yeni zəmin hazırlayacağını düşünürük. Bu, sadəcə məsələləri müzakirə etmək üçün qrup toplantısı deyil. Biz əməldə fəaliyyət göstərəcəyik. Biz təqiblərə qarşı və hamının din azadlığına hörmət etməsinin təmin edilməsi üçün konkret addımların müəyyən edilməsini səbirsizliklə gözləyirik.”

ABŞ Pxenyanın nüvəsizləşdrilməsi məqsədilə danışıqlara hazırlaşdığı vaxt Şimali Koreyanı minlərlə insanın inanclarına görə həbsdə qaldığı ölkə adlandırıb.

“Biz Şimali Koreyada Qulaq sisteminin mövcud olduğunu bilirik və ölkədə illərdir vəziyyət olduqca pisdir”, xüsusi səfir Sam Braunbek bildirib.

ABŞ Dövlət Departamentinin hesabatında Çin, İran və Rusiyada azlıqda olan dini qrupların təqibləri qınanıb.

Birləşmiş Ştatlar rəsmiləri bidirir ki, din azadlığının müdafiəsi terrorizmə qarşı mübarizədə və dünya boyu iqtisadi tərəqqinin əldə edilməsi üçün olduqca böyük önəm daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG