Accessibility links

ABŞ-da koronavirusa qarşı üçüncü vaksin yaxında təsdiq oluna bilər


ABŞ cümə günü üçüncü koronavirus vaksinini təsdiqləməyə bir addım daha yaxınlaşıb.

Johnson&Johnson vaksini növbəti günlər ərzində rəsmi şəkildə təsdiq oluna bilər. Tək-dozalı bu vaksin ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının Pfizer-BioNTech və Moderna vaksinlərindən sonra təsdiqləyəcəyi üçüncü peyvənd olacaq.

Konqresin Qaradərili Kokusunun üzvləri cümə günü televiziyada çıxış edərək afrikalı amerikalıları COVID-19 vaksini vurmağa təşviq ediblər.

İctimai səhiyyə rəsmiləri deyir ki, ABŞ-da qaradərili və latın icmaları ağdərililərlə müqayisədə daha az vaksin vururlar.

Bu arada isə Britaniyanın Ticarət İttifaqı Konqresi yaydığı araşdırmada bildirib ki, pandemiyada Britaniyada struktur irqçiliyi üzə çıxarıb. Belə ki, pandemiya dövründə azlıqlar arasında işsizlik ağdərililərlə müqayisədə iki dəfə çox olub.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin şənbə gününə olan məlumatına görə, dünya boyu COVID-19-a 113 milyon yoluxma, 2.5 milyon ölüm halı qeydə alınıb.

ABŞ 38 milyon yoluxma ilə dünya ölkələri arasında birinci yerdə gəlir, Hindistan 11 milyon yolxuma ilə iki, Braziliya isə 10 milyon yoluxma ilə üçüncü yerdə gəlir.

Britaniyannın keçmiş baş naziri Toni Bleyrin Qlobal Dəyişiklik İnstitutu Yeni Zəruriyyət: Növbəti Pandemiyaya Necə Hazırlanmalıyıq adlı hesabat yayıb. Həmin hesabatda gələcəkdə hər hansı yeni xsətliyi müəyyən edib, test etmək üçün beynəlxalq əməkdaşlığa çağırış olunur. Hesabat həmçinin ölkələri vaksinləri istehsal etmək üçün birlikdə çalışmağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG