Accessibility links

2018-ci il ən yaxşı bayram pərakəndə satış mövsümü hesab edilir


ABŞ-da 2018-ci il bayram mövsümündə pərakəndə satışlar 5 faizdən çox artaraq 850 milyard dollar təşkil edib.

Mastercard SpendingPulse noyabrın 1-i və dekabrın 24-ü arası pərakəndə satış barədə məlumat verib.

Məlumatda həmçinin, internet vasitəsi ilə satışların 19 faizdən çox artığı göstərilir.

Bu isə 2018-ci ili ötən altı ilin ən yaxşı bayram pərakəndə satış mövsümü edir.

İnternet nəhəngi Amazon bildirib ki, 2018-ci il şirkətin qlobal bayram satışlarında ən uğurlu il olub.

XS
SM
MD
LG