ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bu ilki Şimali Atlantik qasırğalar mövsümü üçün proqnozlarını yeniləyib. Proqnoza görə bu il qasırağalar "son dərəcə aktiv" olacaq və bəlkə də rekord qıracaq.
NOAA və Milli İqlim Proqnozu Mərkəzi bu ilki qasırğa mövsümü ilə əlaqədar ilkin proqnozlarını may ayında təqdim etmişdi. Lakin cümə axşamı avqust ayına nəzərədə tutulan proqnozlara edilən dəyişikliklərə əsasən 2020-ci ildə yeni rekordlar qeydə alınıb, çünki artıq iyulun sonuna qədər ABŞ ərazisində doqquz müxtəlif fırtına baş verib.
NOAA tarixən avqust ayına qədər cəmi iki böyük fırtınanın meydana gəldiyini bildirir.
Jurnalistlərlə telekonferans vasitəsilə danışan NOAA-nın aparıcı qasırğa proqnozunun tərtibçisi Cerri Bell bildirib ki, noyabrın 30-da başa çatacaq mövsüm ərzində 19-25 arası fırtınanın baş verəcəyi gözlənilir.
Bell gözlənilən fırtınlardan 7-11-nin fırtınanın yeddisinin qasırğaya, üçdən altıya qədərinin isə çox böyük qasırğaya çevriləcəyinin gözləndiyini deyib. Bu rəqəmlərə bu mövsümdə artıq başverən doqquz fırtına da dahildir.
Bell deyir ki, okean və atmosfer şəraiti indi qasırğanın əmələ gəlməsi və intensivləşməsi üçün may ayında 13-19 böyük fırtınanın olacağını proqnozlaşdırdıqları vaxtdan daha uyğundur.
O bu vəziyyətin növbəti bir neçə ay ərzində davam edəcəyinin gözləndiyini bildirib.
Lakin bununla birlikdə Bell 2020-ci ilin rekord fırtına sayına görə 2005-ci ili keçəcəyini düşünmür. 2005-ci ildə isti okeanlar və digər atmosfer şəraitinin daha əlverişli olması səbəbi ilə 28 müxtəlif fırtına qeydə alınmışdı.
Lakin o yenə də 2020-ci ildə ən güclü fırtına mövsümlərindən birinin olacağına inanır. NOAA qasırğaya meylli bölgələrdə yaşayan insanlara qasırğa hazırlıqları edərkən, xüsusilə də yaşayış ərazilərini boşaltmaq tələb olunsa, COVID-19 pandemiyasını da diqqətdə saxlamağı xatırladıb.