Accessibility links

ABŞ-da 556 azərbaycanlı tələbə təhsil alır


Hazırda 556 azərbaycanlı tələbə ABŞ universitetlərində təhsil alaraq öz potensialını artırır və imkanlarını genişləndirir.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi #IEW2021 Beynəlxalq Təhsil Həftəsinin başlanması və Açıq Qapılar Hesabatının nəşri günü ilə bağlı yaydığı məlumatda deyilir.

“Beynəlxalq Təhsil Həftəsində biz beynəlxalq təhsil və bütün dünya üzrə mübadilənin faydalarını qeyd edirik. ABŞ beynəlxalq təhsilin daha demokratik, təhlükəsiz və firəvan dünya qurulmasının ayrılmaz hissəsi olduğunu qəbul edir,” məlumatda deyilir.

Azərbaycanda ABŞ-da təhsil alan tələbələrin rəsmi statistikası aparılmır. Qeyri-rəsmi məlumatlar görə, müstəqillik dövründə ABŞ-da müxtəlif proqramlar üzrə 7 minədək azərbaycanlı təhsil alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG