Accessibility links

ABŞ-da bayram səyahətləri pandemiyadan əvvəlki səviyyələrə qalxır


Keçən il pandemiya ilə əlaqədar təxirə salınan Şükran Günü ənənələrini bərpa edən milyonlarla amerikalı bu il ailələri və dostları ilə bir araya gəlmək üçün avtomobillərlə və təyyarələrə səyahətə başlayıb.

AAA bu həftə hava səyahətçilərinin sayının pandemiyadan əvvəlki saya yaxınlaşması və ya aşmasının gözlənildiyini bildirib. Proqnozalara əsasən benzin qiymətlərinin kəskin artmasına baxmayaraq, bu il 48,3 milyon insan bayram zamanı ən azı 80 kilometr məsafə qət edəcək. Bu keçən illə müqayisədə 4 milyon artım deməkdir.

Bir çoxları 200 milyon amerikalının tam peyvənd olunması səbəbindən səyahət üçün daha cəsatərli hiss edir. Lakin eyni zamanda 100 mindən çox yoluxma sayının qeydə alındığı ABŞ-da Miçiqan, Minnesota, Kolorado və Arizona ştatları xəstəxanalarda xəstələrin sayının həyəcanverici sürətlə artdığı xəbər verilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin peyvənd olunmamış insanların səyahət etməmələri barədə xəbərdalıq etməsinə baxmayaraq bunun hər hansı bir təsirinin olub-olmadığı bəlli deyil.

Təkcə ötən həftənin cümə günü 2,2 milyon insan hava ilə səyahət edib. Bu keçən ilin eyni günü ilə müqayisədə iki dəfə çoxdur, ancaq 2019-la müqayisədə 9 faiz azdır.

Aviaşirkətlər - Southwest və American Airlines öz növbəsində ötən ay müxtəlif vaxtlarda 2300-dən çox uçuşun təxirə düşməsinin bu ay təkrarlanmasının qarşısını almağa ümid edirlər.

FlightAware-in məlumatına əsasən, ölkənin şərq bölgəsində çərşənbə günü günortadan sonra ABŞ-dakı hava yolları 100-dən az uçuşu ləğv edib. Bu, qeyri-adi dərəcədə aşağı rəqəmdir. Federal Aviasiya Administrasiyası çox az sayda hava limanının əhəmiyyətli gecikmələrdən təsirləndiyini bildirib.

Avtomobillə səyahətə çıxanlar üçün isə ən böyük problem yüksək benzin qiymətləri ola bilər. AAA-nın məlumatına əsasən çərşənbə axşamı ölkə üzrə benzinin orta qiyməti keçən ilki Şükran Günü ilə müqayisədə 60% -dən çox artaraq, 1 qallon üçün 3,40 dollar olub.

Prezident Co Bayden enerji xərclərini azaltmağa kömək etmək üçün çərşənbə axşamı Amerikanın strateji ehtiyatından 50 milyon barrel neftin ən çox enerji istehlak edın dövlətlər ilə koordinasiyalı şəkildə dünya bazarına çıxarılması göstərişini verib.

XS
SM
MD
LG