Accessibility links

ABŞ-da COVID-ə yoluxma halları yenidən artmağa başlayıb


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilktika Mərkəzi (CDC) cümə axşamı bildirib ki, ötən həftə Birləşmiş Ştatlarda COVID-19-a yeni yoluxma halları təxminən 11 faiz artıb və buna səbəb ölkədə vaksinasiya səviyəsinin aşağı olduğu ərazilərdə delta variantının artmasıdır.

Ağ Evin COVID-lə Mübarizə Komandasının həftəlik brifinqi zamanı CDC-nin direktoru Roşel Valenski deyib ki, xəstəxanaya yerləşdirilən insanların sayı da ötən həftə yeddi faiz artıb, ancaq ölüm halları azalmaqda davam edir.
Velenski deyib ki, statistikaya əsasən ABŞ-da “iki həqiqət” mövcuddur və ölkədəki vaksinasiya səyləri yoluxma hallarını, xəstənaxanaya yerləşdiirlən insanların sayını və ölüm hallarını yanvar ayında qeydə alından pik göstəricilərdən bəri həmiyyətli dərəcədə azaldır. O deyib ki, Birləşmiş Ştatlarda 160 milyondan çox insan tam vaksin olunub.

Digər tərəfdən isəə CDC direktoru deyib ki, “yeni və narahatedici trendlər” yaranıb və onlar vaksinasiya səviyyəsinin aşağı olduğu ərazilərdə yeni yoluxma hallarının yüksək və delta variantının daha dominant olduğuna işarə edir.

O deyib ki, delta ştammı hazırda ABŞ-da ən dominant variantdır və ölkə boyu yeni yoluxma hallarının 50 faizini təşkil edir. O bu variantın ABŞ-ın orta-qərb və dağlıq ştatlarının bəzi hissələrində yoluxmaların 80 faizini təşkil etdiyini də bildirib.

CDC direktoru ABŞ-da əhalisində hər 100 000 insana 100 nəfərdən çox yoluxmanın olduğu mahallarında vaksinasiya səviyyəsinin 40 faizdən aşağı olduğunu qeyd edib.

Valenski Ağ Evin baş səhiyyə müşaviri Antoni Fauçi ilə birlikdə bütün mövcud COVID-19 vaksinlərinin delta variantına qarşı effektiv olduğunu vurğulayıb. Belə ki, vaksinlər xəstəliyin ağır formasına, xəstəxanaya yerləşməyə və ölümə qarşı qoruyur. Hər iki rəsmi pandemiyaya son qoyma üçün vaksinlərə ehtiyacı vurğulayıb.

Fauçi və Valenski həmçinin qeyd edib ki, tam vaksin olmuş insanlar virusa qarşı daha çox qorunur və ona görə də onların qapalı məkanlarda maska taxmalarına ehtiyac yoxdur.

XS
SM
MD
LG