Accessibility links

ABŞ-da COVID-19-a qarşı peyvəndin 140 milyondan çox dozası tətbiq edilib


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatlarına əsasən, ölkədə140 milyondan çox doza COVID-19 peyvəndi tətbiq edilib. Şənbə gününə olan məlumatalara görə, yetkin yaşda amerikalıların 35 faizinə vaksinin azı bir dozası vurulub.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına əsasən, ümumilikdə, federal hökumət tərəfindən Moderna, Pfizer / BioNTech və Johnson & Johnson şirkətlərinin hazırladığı təxminən 181 milyon doza peyvənd paylanıb. Bunlardan ilk iki vaksinin iki dozası, üçüncünün isə yalnız bir dozası tətbiq edilir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri martın 26-da vaksinlərin 137 milyon dozasının tətbiq olunduğunu bildirmişdi. Bu da ABŞ-da bir gün ərzində federal tənzimliyici qurum tərəfindən təsdiqlənmiş hər üç vaksinin təxminən 3,5 milyon dozasının tətbiq edildiyi deməkdir.

ABŞ əhalisinin 91 milyondan çoxu və ya yetkin yaşda olan əhalinin 35,4 faizi peyvəndin azı bir dozasını alıb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin verdiyi məlumatlarına əsasən, şənbə gününə qədər 18 yaşdan yuxarı əhalinin 19,4 faizini təşkil edən 50 milyondan çox amerikalı tam vaksinasiya olunub.

Bayden administrasiyası prezidentin hakimiyyətinin ilk 100 günündə tətbiq olunan peyvənd dozalarının sayını 100 milyona çatdırmaq haqda hədəfinə artıq nail olub. Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti hakimiyyətdə olduğu ilk 100 gün ərzində vaksinlərlə bağlı hədəfini iki dəfə artıraraq, 200 milyon dozaya çatdırmaq istədiyini elan edib.

Lakin vaksinasiya proqramının templərinə baxmayaraq, səhiyyə mütəxəssisləri virusun yayılmasının qarşısını almaq üçün insanları maska taxmağa və sosial məsafəni qorumağa davam etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG