Accessibility links

ABŞ-da COVID-19-dan ölənlərin yarısını irqi azlıqlar təşkil edir


The Associated Press cümə günü bildirib ki, Birləşmiş Ştatlarda COVID-19-dan ölən insanların yarısı qaralar, hispaniklər, yerli amerikalılar və asiyalı amerikalılardır.

The Associated Press və Marşal Fondunun birgə apardığı araşdırmada rəngli insanların ABŞ əhalisinin 40 faizini təşkil etdiyi halda, onların iyul ayı daxil olmaqla ABŞ-da bu il "artıq ölümlərin" 52 faizini təşkil etdiyi aşkar olunub. Hesabatda artıq ölümlər Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Məlumatlarına əsasən Birləşmiş Ştatlarda 2020-ci ilin ilk yeddi ayında tipik tələfatlardan yuxarıda olan ölüm halları kimi izah olunub.

ABŞ-da bütün dünya ölkələri ilə müqayidəsə koronavirusa ən çox yoluxma və ölüm hall qeydə alınıb. Belə ki, Cons Hopkins Universitetinin məlumatlarına görə, ölkədə 5.6 milyon nəfər COVID-19-a yoluxub, 175 mindən çox insan isə həyatını itirib. Braziliyada 3.5 milyon yoluxma qeydə alınıb, Hindistanda isə yoluxmalar 3 milyona çatır.

Cons Hopkinsin şənbə gününə olan məlumatına görə, ümumilikdə dünya boyu COVID-19-a 23 milyona yaxın insan yoluxub və təxminən 800 min nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar idarəsinin sədri Mayk Rayan cümə günü deyib ki, Meksikada pandemiyanın miqyası “az bilinir” və orada test imkanları məhduddur.

O, Cenevrədə keçirilən birifinq zamanı Meksikada hər 150 min nəfərə 3 nəfərin test olunduğunu bildirib. Müqayisədə Birləşmiş Ştatlarda hər 100 min nəfərə 150 insan test olunur.

Cons Hopkisin ən son məlumatına əsasən, şənbə günü Meksikada 550 min yoluxma, 59 mindən çox ölüm halı qeydə alınıb.

Cənubi Koreya ölkə boyu böyük toplantılara qadağa tətbiq edir, kilsələri, gecə klublarını, çimərlikləri bağlayır. Bundan əlavə azarkeşlərin peşəkar idman tədbirlərində iştirak etmələrinə icazə verilməyəcək.

Səhiyyə naziri Park Neunq-hu şənbə günü deyib ki, yeni məhdudiyyətlər ölkədə son doqquz gündə yolxumaların 100-dən çox olmasından sonra təqbiq olunub.

Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi şənbə günü koronavirusa 332 nəfərin yoluxduğunu bildirib. Ölkədə ümumilikdə 17 min yoluxma halı qeydə alınıb, 300 nəfər xəsətəlik səbəbilə həyatını itirib.

Avropanın bir neçə şəhərində də COVID-19-a yoluxma halları təkrar artmağa başlayıb. İspaniyada ötən həftə COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilən insanların sayı bir həftə öncə ilə müqayisədə iki qat artıb.

Berlində də məktəblər açılandan sonra COVID-19-a yeni yoluxmalar qeydə alınıb. Nəticədə yüzlərlə şagird və məktəb heyəti karantindədir.

Almaniya rəsmiləri cümə günü Belçika paytaxtına səfərlərin əleyhinə xəbərdarlıq edib, çünki Brüssülə koronavirusa yoluxma halları yüksəkdir.

Fransada məktəblilərin normal dərslərə balayacağı gözlənilir baxmayaraq ki, orada cümə axşamı 4700, cümə günü isə 4500-dən çox yoluxa qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının sədri koronavirus pandemiyasının iki ildən qısa bir müddətdə bitəcəyinə ümid bəslədiyini deyib.

Cümə günü Cenevrədə keçirilən birfinqdə çıxış edən ÜST sədri Tedros Adhanom Ghebreyesus deyib ki, virusun qarşısını almağın əsas yolu dünya ölkələrinin “səylərini birləşdirmək”dən keçir.

XS
SM
MD
LG