Accessibility links

ABŞ-da COVID-19 vaksininin 50 milyondan çox dozası tətbiq olunub


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri şənbə gününün səhərinə qədər ölkədə COVID-19-a qarşı peyvəndin 50 milyondan çox dozasının tətbiq edildiyini və təxminən 69,9 milyon dozanın çatdırıldığını bildirib.

Agentliyin bildirdiyinə görə, peyvənd dozalarının sayı həm Moderna, həm də Pfizer/BioNTech vaksinlərinə aiddir.

Cümə günü açıqlanan rəqəmlərə əsasən, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən 48,4 milyon doza peyvənd tətbiq edilib və təxminən 69 milyon doza çatdırılıb.

Agentliyin verdiyi məlumata görə, təxminən 37,1 milyon insan vaksinin bir və ya daha çox dozasını qəbul edib, şənbə gününə qədər isə 13 milyondan çox insana vaksinin ikinci dozası vurulub.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri COVID-19-a qarşı peyvəndin 5,7 milyon dozasının uzun müddətli müalicə müəssisələrində tətbiq olunduğunu bildirib.

XS
SM
MD
LG