ABŞ Ədliyyə Departamentinin verdiyi məlumata görə, federal hüquq-mühafizə orqanları cümə günü Demokrat siyasətçilər və ABŞ prezidenti Donald Trampın tanınmış tənqidçilərinə göndərilən içində partlayıcılar olan onlarla bağlama ilə əlaqəli olaraq bir nəfəri həbs edib.
Hüquq-mühafizə rəsmisinin sözlərinə görə, şübhəli şəxs Mayami ərazisində saxlanılıb. Bu həftə bir sıra şübhəli baglama ilə bağlı istintaq zamanı cənubi Florida və ərazidəki poçt şöbəs diqqət mərkəzində olub.
Bağlama bombalarının məsuliyyətini üzərinə alan olmayıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən terror adlandırıb və ABŞ-da Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək ara seçkiləridən iki həftə əvvələ təsadüf edib.
ABŞ-ın gizli xidmət idarəsi çərşənbə günü bir neçə saat ərzində Nyu-Yorkda Klintona, Vaşinqtonda isə Obamaya bağlama göndərildiyini aşkar edib. Eyni zamanda, Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri Con Brennana bağlama göndərildiyi müəyyən edildikdən sonra Nyu-Yorkda CNN tele-şirkətinin studiyalarının yerləşdiyi Time Warner mərkəzində təxliyə əməliyyatı keçirilib.
Nyu-York polis rəsmilərinin bildirdiyinə görə, bağlamanın içində aktiv partlayıcı cihaz olub. Bağlamada həmçinin ağ tozun da olduğu bildirilib.
Bundan əlavə cümə axşamı aktyor Robert de Niro və sabiq vitse-prezident Co Baydenin evinə ünvanlanan bağlamalarda da partlayıcı cihazların tapılıb.
Nyu York polisi bildirib ki, cümə axşamı aktyor Rober De Nironun sahibi olduğu film istehsalı şirkətinə göndərilən baglama keçmiş prezident Barak Obama və sabiq dövlət katibi Hillari Klinton da daxil olmaqla digər tanınmış demokratlara göndərilən bağlamalara bənzəyir.
ABŞ prezidenti Donald Tramp hazırkı və keçmiş ABŞ rəsmilərinin partlayıcı maddələrlə hədəf alınmasını “iyrənc” və “rəzil” hərəkət adlandırıraq deyib ki, Birləşmiş Ştatlarda siyasi zorakılığa yer yoxdur.