Accessibility links

ABŞ-da federal hökümət tərəfindən ilk kütləvi vaksinasiya mərkəzləri qurulub


ABŞ-da federal hökümət tərəfindən ilk kütləvi vaksinasiya mərkəzləri qurulub
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Bu həftə Oaldandakı idman arenasının dayancağına doluşan avtomobillər baseball oyunu üçün deyil, COVID-19 peyvəndi vurdurmaq üçün gəlib. ABŞ prezidenti Co Baydenin 100 gün ərzində 100 vaksin vurulma mərkəzi təşəbbüsü çərçivəsində Oakland və Los Angeles şəhərlərində federal höküməti tərəfindən kütləvi peyvənd vurulma mərkəzləri qurulub.


Federal Fövqəladə İdarəetmə Agentliyidən Tammy Littrell mətuabata verdiyi açıqlamada bildirib ki, "Hədəfimiz gündə 6000 min peyvənd tətbiq etməkdir. 600-dən çox işçimiz var. Mümkün qədər çox insanı peyvəndləmək üçün gündə 10 saat və həftənin yeddi günü fasiləsiz işləyirik".

FEMA adı ilə tanınan Federal Fövqəladə İdarəetmə Agentliyi bir sıra dövlət, ştat qurumları və ordu ilə əməkdaşlıq edərək bu əməliyyatın həyata keçməsinə nəzarət edir. Mərkəzlər bir həftədən az bir müddətə qurulub. Bu da ABŞ-ın xəstəliyə qarşı necə təcili və təxirəsalınmaz reaksiya verdiyini göstərir.

Tramp administrasiyası peyvəndlərin istifadəsini təcili təsdiqlənməsi üçün nə qədər çox tələssə də, hökümət ştatların peyvəndlərin tədarükü və çatdırılması məsələsində çətinliklə üzləşdiyini etiraf edirdi.

Bayden isə problemin həlli üçün daha çox mərkəzi koordinasiya və federal müdaxilə tələb etdi: "Bütün Amerikalıları peyvəndlə təmin etmək üçün kifayət qədər tədarükümüz var. İndi isə bu peyvəndləri milyonlarla insana vurulmasına çalışırıq".

Kaliforniya COVID-19 nəticəsində ən çox insanın öldüyü ştatdır. Ştat davamlı peyvənd tədarükü məsələsində mübarizə aparır. Keçən həftə peyvənd çatışmazlığı səbəbindən bir sıra peyvənd mərkəzləri müvəqqəti bağlanmağa məcbur olub.

Rəsmilər isə FEMA-nın ştatlarla rəqabətə girmədiyini, əksinə insanların dozlar əldə etməsi üçün yeni bir mənbə rolu oynadığını bildirir.


Kaliforniya Təcili Xidmətlər Ofisi Tina Curry bildirib ki, "Bütün icmalarda mövcud olan çətinliklər və tədarük tələbatını nəzərə alaraq bu proqramı həyata keçiririk. Prossesə qatqı veririk, ştatların peyvəndlənmə proqramını əvəz etmirik".

Kaliforniyadakı hər iki mərkəzin yeri Latino və Afro-amerikalı icmalara yaxın olması məqsədi ilə seçilib. Bu icmalar xəstəlikdən daha çox əziyyət çəkir.

Təşəbbüs eyni zamanda bu icmalara birbaşa daxil olmağı hədəfləyir.


Tammy Littrell verdiyi məlumata görə "Bu bizim Mobil Təcili Yardım və Dəstək quruğumuzdur. Bununla biz xəstəlikdən ağır zərbə alan lakin mərkəzlərə peyvənd vurdumağa gələ bilməyən icamalara gedirik".

Buna bənzər kütləvi pevəndlənmə mərkəzlərinin yaxın həftələrdə Texas və Nyo-York ştatında da açılması nəzərdə tutlur.

XS
SM
MD
LG