Accessibility links

ABŞ-da "Grammys" mükafatları təqdim olunub


Bazar günü keçirilən 61-ci Qremmi Mükafatları bütünlüklə qadınlara həsr olunub.

Los Ancelesdə baş tutan təqdimat mərasimi sabiq birinci xanım Mişel Obamanın sürpriz çıxışı ilə başlayıb. O, Cenifer Lopez, Ledi Qaqa, Cada Pinket Smit və Alisiya Keyslə bərabər musiqinin onun üçün nə demək olduğu barədə danışıb.

''Məni onilliklər ərzində müşayiət edən cənubda qulaq asdığım Motoun musiqilərindən, “Run The World” mahnılarına qədər, musiqi həmişə mənə hekayəmi danışmağa kömək olub”, sabiq birinci xanım Mişel Obama bildirib.

Kantri musiqi ifaçısı Keysi Masqreyvs Golden Hour (Qızıl saat) adlı musiqi albomuna görə ilin albomu mükafatını alıb.

Kardi B ən yaxşı rep musiqi albomu üzrə Gremmi mükafatı alanda göz yaşlarını saxlaya bilməyib. O, İnvasion of Privacy (Şəxsi həyata müdaxilə) rep albomu ilə bu kateqoriyada makafat alan ilk qadın olub.

Ledi Qaqa Joanne mahnısı ilə ən yaxşı pop solo ifaşısı mükafatına layiq görülüb. O və Bredli Kuper A Staris born filmi üçün Şəlou performansı üçün ən yaxşı pop dueti/qrupu mükafatını qazanıb.

Səhnə adı H.E.R. olan Qariel Uilson ən yaxşı ritm və blüz kateqoriyasında Gremmi mükafatını alıb.

İlin ən yaxşı mahnısına görə Gremmi mükafatını Çayldiş Qambinonun (Childish Gambino) This is America (Amerika budur) mahnısı alıb. Bu, ilin ən yaxşı musiqisi, ən yaxşı mahnısı, ən yaxşı rep ifaçısı və ən yaxşı musiqi videosu seçilib.

Əvvəlki - 60-cı Grammy mükafatını alan yeganə qadın kanadalı müğənnisi Alessia Kara olub.

XS
SM
MD
LG