Accessibility links

ABŞ-da həftəlik işsizlik müavinətinə müraciətlər yenidən 1 milyona yüksəlib


Ötən həftə daha 1,1 milyon amerikalı işsizlik müavinəti almaq üçün müraciət edib. ABŞ-ın Əmək Nazirliyi avqustun 20-də xəbər verib ki, daha əvvəlki həftə müraciətlər 1 milyondan daha az olmuşdu.

Ötən həftənin rəqəmləri onu göstərir ki, işəgötürənlər daha çox işçini ixtisar edir və ştatlarda artmaqda olan yoluxmalar bazarında hələ də təsir etməkdədir.

20 həftə ərzində virus səbəbi ilə ölkədəki böyük və kiçik icmalara təsir etməsi səbəbindən bir milyondan çox işsiz hökümətdən yarım istəməyə məcbur olub.

Ötən həftə olunan müraciətlər daha əvvəlki həftədən 180 min daha çoxdur.

Koronavirusun mart ayında başlaması zamanı ABŞ-da 6,9 milyon amerikalı işsizlik müavinəti üçün müraciət etmişdi. Lakin sonradan bu rəqəm kəskin azalmağa başlamışdı. Lakin yənə də qeydə alınan son göstəricilər 1982-ci ildəki göstəricilərdən daha yuxarıdır.

Keçən həftənin rəqəmlərinin düzəlməsinə baxmayaraq, ölkə iqtisadıyyatında geriləmə davam etməkdədir. Hökümət avqustun 7-də bildirmişdi ki, iyul ayında 1,8 milyon yeni iş yeri açılıb.

ABŞ-ın Ticarət Nazirliyinin bildirdiyinə görə, ölkə iqtisadiyyatı aperl və iyun ayları ərzində 9,5 faiz geriləyib. Bu, son on il ərzində qeydə alınmış ən böyük ilk kvartallıq geriləmədir.

Digər tərəfdən isə təxmin edilir ki, hazırda ABŞ-da 30 milyondan çox işsiz var. Lakin onarın hamısının işsizlik müavinəti almadığı təxmin edilir. Mart ayından bəri 56 milyon amerikalı işsizlik müavinəti alır.

XS
SM
MD
LG