Accessibility links

ABŞ-ın Ərzaq və Dərman İdarəsi hər kəs üçün Pfizer və Moderna gücləndirici dozalarından istifadəyə icazə verir


Cümə günü ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) bütün yetkin əhali üçün Pfizer və Moderna COVID-19 peyvəndlərinin gücləndirici dozalarının vurulması üçün təcili istifadə icazəsini genişləndirib.

Qərar dərman şirkətləri tərəfindən cümə günü elan edilib və ən azı 10 ştat COVID-19 dalğaları ilə mübarizə aparmaq üçün gücləndirici doza proqramlarını genişləndirdikdən sonra qüvvəyə minib.

İnsanlar üçüncü dozanı vurdurmağa başlamazdan əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) gücləndirici dozaların genişləndirilməsinə icazə verməlidirlər və CDC-nin peyvənd üzrə müstəqil ekspertlər paneli yeni məlumatları müzakirə etmək üçün cümə günü görüş keçirməyi planlaşdırılır.

Çərşənbə günü Ağ Evin COVID-19-la mübarizə komandasının iclası zamanı CDC direktoru Roşel Valenski agentliyin FDA qərarını verən kimi təhlükəsizlik və effektivlik məlumatlarını tez bir zamanda nəzərdən keçirəcəyini və tövsiyələr verəcəyini demişdi.

Valenski CDC-nin gücləndirici dozaların effektiv olduğunu göstərən dəlillər topladığını bildirib. Milli Səhiyyə Təhlükəsizliyi Şəbəkəsi vasitəsilə agentlik uzunmüddətli müalicə müəssisələrində COVID-19 yolxumalarından yeni məlumatları incələyir.

O, iki doza ilə peyvənd olunanlarla üçüncü, gücləndirici doza qəbul edənlər arasında COVID-19 hadisələrini müqayisə edərkən, gücləndirici vurulanlarda xəstəliyin nisbətinin nəzərəçarpacaq dərəcədə aşağı olduğunu qeyd edib.

CDC təsdiqi ilə gücləndiricilər şənbə günü hamı üçün əlçatan ola bilər.

XS
SM
MD
LG