Accessibility links

ABŞ-da hərbi paradın keçirilməsi təxirə salınıb


ABŞ-ın Müdafiə Nazirliyi prezident Donald Trampın keçirilməsi üçün göstəriş verdiyi hərbi paradın növbəti ilə qədər təxirə salındığı haqda məlumat yayıb.

Hərbi paradın noyabr ayında keçirilməsi planlaşdırılırdı.

Mətbuatda gedən məlumatlara görə, paradın keçirilməsi üçün lazım olan maliyyənin miqdarı təxminən $12 milyon dollardan $92 milyon dollara qalxıb.

Cümə axşamı jurnalistlərə danışan ABŞ müdafiə naziri Cim Mattis paradın dəyəri ilə bağlı xəbərlərə şüphə ilə yanaşdığını bildirib.

Sizi əmin edirəm ki, paradın xərcləri ilə bağlı mənə heç bir məlumat verilməyib.
Cim Mattis

''Mən bu xəbərləri ona cavab verəcək qədər əhəmiyyətli hesab etmirəm. Adətən bu cür xəbərlərdə heç vaxt mənbənin adı çəkilmir. Çünki, heç kim axmaq kimi görünmək istəmir. Sizi əmin edirəm ki, paradın xərcləri ilə bağlı mənə heç bir məlumat verilməyib.'' - deyə, Cim Mattis bildirib.

Prezident Donald Tramp və birinci xanım Melania Tramp keçən ilin iyul ayında Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Bastiliya Gününə həsr edilmiş paradda iştirak ediblər. Bildirilənə görə, ABŞ prezidenti bu təşəbbüsü həmin paraddan ilhamlanaraq irəli sürmüşdü.

Birləşmiş Ştatlarda hərbi paradlar nadir hallarda keçirilir. Sonuncu parad 1991-ci ildə ABŞ ordusunun Körfəz Müharibəsində Səddam Hüseynin İraq qoşunlar üzərində qələbəsinə həsr edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG