Accessibility links

ABŞ-da işsizlik səviyyəsi son 49 ildə ən aşağı səviyyədədir


ABŞ-da işəgötürənlər aprel ayında 263 min yeni iş yeri açıb. Bu isə bizneslərin iqtisadiyyatın bu il yavaşlayacağına dair narahtlıqlarının aradan qalxdığına və onların istehlakçı tələbinin yüksək olacağınə gözlədiklərinə işarə edir.

İşsizlik 3.8 faizdən 3.6 faizə enərək son 50 ilin ən aşağı səviyyəsindədir, lakin işsizlik səviyyəsinin azalmasına iş axtarmağa son qoyan amerikalıların sayının artması da təsir göstərib. Ortalama əmək haqqı 12 ay əvvəl ilə müqayisədə 3.2 faiz artıb, amma ötən ayla müqayisədə heç bir artım olmayıb.

Əmək Departamentinin cümə günü açıqladığı işsizlik hesabatında Böyük tənəzzüldən sonra bərpa olunan iqtisasiddayın güclü inkişafı daha çox insanın işə götürülməsinə təkan verib. İyul ayında bu iqtisadiartımın tarixin ən böyük iqtisadi artımı olacağı gözlənilir.

Bir çox biznes işçi tapmaqda çətinlik çəkdiyini söyləyir. Bəziləri iş yerlərini doldurmaq üçün müxtəlif addımlar atır ki, bunda az təcrübəli işçilərə təlim keçmək, təhsil tələblərini azaltmaq və maaşları artırmaq daxildir.

Bu mənzərə ilin əvvəlindən bu yana kəskin artımın baş verdiyini göstərir. İllin əvvəlində hökümət qismən bağlı idi, fond birjasında qiymətlər azalmışdı , Birləşmiş Ştatlarla Çin arasında ticarət gərginliyi artmışdı və Federal Ehtiyat Bürosu (Fed) dekabr ayında 2018-ci ildə artıq dördüncü dəfə idi ki, qısa-müddətli faiz dərəcələrini artırmışdı. Təhlilçilər iqtisadiyyatın ilin ilk üç ayında artmayacağından narahat idi.

Lakin çox qısa müddət sonra iqtisadi mənzərə yaxşılaşdı. Fed-in sədri Cerom Pauel mərkəzi bankın faiz dərəclərini artırmayacağına işarə etdi. ABŞ-la Çin arasında ticarət danışıqlarında bəzi irəliləyişlər oldu. Bəzi digər böyük iqtisadiyyatlarda iqtisadi mənzərə düzəldi. Səhm dəyərləri artdı.

Bunun nəticəsində hökümət ABŞ iqtisadiyyatının yanvar-mart ayları arsında illik 3.2 faiz artdığını bildirdi. Bu isə 2015-ci ildən bəri ilk rüb üçün ən sürətli artımdır. Lakin bu iqtisadi artımın bəzi müvəqqəti səbəbləri də ola bilər - məsələn anbarlarda inventarların yenilənməsi və ABŞ-ın ticarət kəsirinin azalması. Eyni zamanda isə iqtisadiyyatın əsas gücünü daha yaxşı əks etdirən istehlakçı xərcləri və biznes sərmayesi zəif olub.

Lakin Amerika ailələri qışdan bəri daha arxayındır və xərclərini artırıb. İstehlakçı xərcləri mart ayında son on ildə müşahidə olunan ən yüksək səviyyədə artıb. Buna böyük ehtimalla iş yerlərinin və əmək haqqlarının sabit artımının amerikalıların maaşlarının artmasına gətirib çıxarması səbəb olub.

Bizneslər də artıq daha rahat pul xərcləyir. ABŞ zavodlarına uzun-müddətli kapital malları isə bağlı gələn sifarişlərin sayı artıb. Bu isə onu göstərir ki, şirkətlər müştərilərin artan tələbini qarşılamaq üçün daha çox kompyuter, aparatlar və digər avadanlıqlar alır.

Əmlak bazarı da ev satışları ötən ilin ikinci yarısında azalandan sonra indi yenidən canlanır. Ötən payız Federal Ehtiyat Bürosu faiz dərəcələrini artırandan sonra ipoteka dərəcələri 5 faizədək artıb. İndi isə Fed faiz dərəcələrinin artımını dayandırdığı üçün, ipoteka faizi də azalıb.

Fevral ayında mövcud evlərin satışı son üç ildə çox artıb. Bundan əlavə mart ayında daha çox amerikalı ev almaq üçün müqavilə imzalayıb. Müqavilənin imzalanması isə evlərin iki-üç ay sonra satılması ilə nəticələnib.

XS
SM
MD
LG