Accessibility links

ABŞ-da iş artımı yavaşıyıb, maaşlar qalxıb


İyul ayında ABŞ-da iş artımı yavaşıyıb, lakin maaşlar cüzi miqdarda qalxıb. Bu barədə Əmək Departamentinin cümə günü yaydığı məlumatda bildirilir.

Departamentin açıqlaması Prezident Donald Trampın Çindən idxal edilən $300 milyard dollar həcmində əmtəəyə əlavə 10 faiz tarif tətbiq etməsi ilə üst-üstə düşür.

ABŞ-la Çin arasındakı ticarət müharibəsi iqtisadi artım tempinə təsir göstərməkdədir.

ABŞ-la Çin arasında artan gərginliklər Federal Ehtiyatlar Bürosunu sələm faizlərini gələn ay endirməyə sövq edə bilər.

ABŞ mərkəzi bankı çərşənbə günü 2008-ci ildən bəri ilk dəfə olaraq qısa dönəmli sələm faizlərini azaldıb.

Federal Ehtiyatlar Bürosunun sədri Cerom Pauell pul siyasətinin 10 illik iqtisadi genişlənmənin risklərini azatlmaq məqsədi güddüyünü deyib. Bu, ABŞ tarixində ən uzun-müddətli iqtisadi genişlənmə sayılır.

Qeyri-ferma sektorunda ötən ay 164,000 yeni iş yeri açılıb. İqtisadiyyat may və iyun aylarında əvvəl güman edildiyindən 41,000 az iş yeri yaradıb.

ABŞ və Çin rəsmilərinin ticarət gərginliklərini aradan qaldırmaq istiqamətində görüşləri hələlik nəticə verməyib.
ABŞ və Çin rəsmilərinin ticarət gərginliklərini aradan qaldırmaq istiqamətində görüşləri hələlik nəticə verməyib.

İyul ayında qeydə alınan iş artımları iqtisadçıların gözləntilərinə uyğundur.

ABŞ-la Çin arasındakı ticarət müharibəsi son iki rübdə ardıcıl şəkildə kiçilən istehsal sahəsinə mənfi təsir göstərməkdədir.

Biznes investisiyası da baş verənlərdən ziyan çəkib. Son üç ildə ilk dəfə olaraq azalan investisiyanın həcmi illik iqtisadi artım tempini 2.1% faizə azaldıb. Halbuki iqtisadiyyat ilin ilk rübündə 3.1% templə artmışdı.

XS
SM
MD
LG