Accessibility links

ABŞ-da işsizlik səviyyəsi 14.7 faizə çatıb


İnsanlar işsizlik müavinəti üçün müraciət etmək üçün növbədə gözləyirlər.
İnsanlar işsizlik müavinəti üçün müraciət etmək üçün növbədə gözləyirlər.

ABŞ-ın Əmək Departamenti cümə günü koronavirus səbəbilə aprel ayında işsizlik səviyyəsinin 14.7 faizə çatdığını bildirib. Bu isə dünyanın ən böyük iqtisadiyyatının 1930-cu illərdə yaşanan Böyük Böhradan bəri ən böyük tənəzzüllə üzləşdiyini göstərir. Mart ayında ölkədə işsizlik səviyyəsi 4.4 faiz idi.

Yeni işsizlik səviyyəsi onu göstərir ki, ABŞ-da 146 milyonluq işçi qüvvəsinin altıda biri hazırda işsizdir, çünki koronavirus pandemiyası minlərlə işçiləri olan fabriklər fəaliyytətlərini dayandırın, kiçik müstəqil bizneslər qapılarını bağlayıb, bəzi ofislər işçilərini işdən çıxarıb.

Ümumilikdə mart ayınını ortalarından bəri 33.5 milyon insan işsizlik müavinəti üçün müraciət edib və bu yeddi həftəlik dövr ərzində hər həftə daha az insan işsizlik pulu üçün müraciət edib.

İşsizlik müavinəti üçün müraciət edən işçilərə adətən normal maaşlarının yarısını alırlar. Ancaq koronavirus Amerika iqtisadiyyatına ziyan vurmağa davam etdiyi üçün, hazırda federal hökümət növbəti dörd ay boyunca işsiz qalan insanlara həftəlik əlavə 600 dollar pul ödəyir.

Prezident Donald Tramp iqtisadiyyatın yenidən açılmasına çalışıq, baxmayaraq ki, o, bu həftə insanların evlərini tərk edib, işə dönmələri nəticəsində daha çox insanın öləcəyini qəbul edib.

ABŞ-da ölüm hallarının 76500-dən çox olmağına baxmayaraq 50 ştatın azı 43-nün qubernatoru yavaş-yavaş iqtisadiyyatlarını yenidən işə salmağa başlayıb. Bəzi statistika təhlilləri ABŞ-da ölüm hallarının avqust ayına kimi 134000-ə çatacağını proqnozlaşdırır.

Son günlər ərzində bəzi qubernatorlar gözəllik salonlarının saç və dırnaq ustalarının üzlərinə maska taxmaq şərti ilə işlərini bərpa edə biləcəklərini bildirib. Bəzi icmalardakı kiçik mağazalar və restoranlar da yenidən fəaliyyətə başlayıb. Son həftələrdə bir çox insan üz maskası taxmaq və iki metlik sosial məsafə qorumaq tələblərinə məhəl qoymayaraq Atlantik və Sakit Okeanlardakı çimərliklərə axışıb.

Bəzi fabriklər mayın sonundan yenidən açıla bilər. Lakin istehsalçıların sosial məsafə qaydalarını necə qoruyacaqları hələ ki, bilinmir, çünki bəzi fabriklərdə işçilər adətən konveyer xəttində bir-birilərinə çox yaxın məsafədə işləyirlər.

Washington Postvə Ipsos-un keçirdiyi rəy sorğusu işdən çıxarılan işçilərin 77 faizinin yerli rəsmilər karantin qaydalarını yumşaltdığı zaman işlərinə bərpa olunacaqlarını gözləyir.

Birləşmiş Ştatlar yanvar-mart aylarında iqtisadiyyatının 4.8 faiz yavaşladığını bildirib. Koronavirus ABŞ-a mart ayının ortalarında böyük təsir göstərməyə başladı.

İqtisadçılar aprel-iyun aylarında iqtisadi artımda daha böyük yavaşlamanın, üçüncü rübdə isə artımın olacağını təxmin edir.

Bəzi sağlamlıq ekspertləri xəbərdarlıq edir ki, koronavirus ABŞ-a əvvəl gözlənildiyindən daha uzun müddət təsir göstərir.

Onlar deyir ki, bu səbəblə insanların işlərinə geri dönmələri aylarla vaxt ala bilər və bu böhran vaksin inkişaf etdirilmədən və milyonlarla amerikalıya peyvənd vurulmadan başa çatmayacaq.

XS
SM
MD
LG