Accessibility links

ABŞ-da işsizlik son yarım əsrdə ən aşağı səviyyəyə düşdü


Cümə günü açıqlanan rəqəmlərə görə, Birləşmiş Ştatlarda sentyabr ayında işsizlik son 50 ildə ən aşağı səviyyəyə - 3.5 faizə düşüb.

Əmək Nazirliyinin açıqladığı hesabat göstərir ki, Birləşmiş Ştatlarda sentyabr ayında iş yerləri bir o qədər artmasa da, işsizlik nisbəti aşağı düşüb.

Belə ki, əvvəlki üç ayda orta hesabla yaradılan 157,000 iş yeri ilə müqayisədə son ayda 136,000 iş yeri açılıb.

Maaşlar 2.9% yüksəlib.

Son zamanlar Birləşmiş Ştatlarla Çin arasındakı ticarət müharibəsinın güclənməsi qlobal artımın azalmasına və müəssisələrin də işə qəbul prosesini yavaşıdıb.

Əmək Nazirliyi sentyabr ayı ərzində orta əmək haqqının bir sent düşdüyünü deyir.

Çinlə ticarət müharibəsi iş bazarına təsirsiz ötməyib.
Çinlə ticarət müharibəsi iş bazarına təsirsiz ötməyib.

Bir il əvvəl bu vaxtla müqayisədə maaşlar 2.9% yüksəlib.

ABŞ iqtisadiyyatı genişlənməsinin 11-ci ilinə daxil olurkən, çox sayda bizneslər lazım olan işçiləri tapmaqda əziyyət çəkirlər. Bu faktor işə qəbulların azalmasına səbəblərdən biri kimi yozulur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG